Türkiyə mətbuatı, 6 sentyabr 2022

“Vatan”, “Sabah”, “Yeni Şafak”, “Star” və “Hürriyet” nələrdən yazır?

1876152
Türkiyə mətbuatı, 6 sentyabr 2022

 

“Vatan”: Ərdoğan “Yunanıstan bizim həmsöhbətimiz deyil” dedi

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə təyyarələrinin Yunanıstan tərəfindən təqib edilməsinə reaksiya verərək deyib: "Yunanıstan bizim həmsöhbətimiz deyil, ona görə ki, biz siyasət, iqtisadiyyat və hərbi baxımdan bərabər deyilik”.

“Sabah”: Yunanıstanda Lavrion terror düşərgəsi

  Yunanıstanın 1985-ci ildə qaçqınlar üçün yaratdığı Lavrion düşərgəsi terrorçuların sığınacağına çevrilib. Düşərgədə başda PKK-çılarla yanaşı bir çox terror təşkilatına təlimlər verilir. 6 aylıq təlimdən sonra terror təşkilatı üzvlərinə Yunanıstan pasportları verilərək İraqa göndərilir.

“Yeni Şafak”: Çavuşoğlu “Avropada irqçilik və anti-islamçılıqdan narahatıq” dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə birgə təşkil edilən mətbuat konfransında çıxış edib: “Avropada artan irqçilik və anti-islamçılıq narahatlıq doğurur. Fransadakı türk və müsəlman məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazım olan bütün tədbirlərin görülməsini gözləyirik".

“Star”: Dünya şəfanı Türkiyədə axtarır

  Türkiyə sağlamlıq turizmində mühüm mərkəz olmağa davam edir. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 2022-ci ilin ilk 6 ayında tibbi səbəblərlə Türkiyəyə gələnlərin sayının 586 min 754 olduğunu açıqlayıb.

“Hürriyet”: Türkiyə turizmi qışa hazırlaşır

  Rusiyanın qazı tamamilə kəsməsi ilə Avropada 150 milyon təqaüdçü qışda seçimini səbirsizliklə gözləyir. Türkiyə turizmçiləri də buna görə son 3 ilin ən aktiv qış turizminə hazırlaşır. Avropalıların Türkiyədə qış tətili sifarişlərində böyük artım gözlənilir.



Әlaqәli Xәbәrlәr