Türkiyә mәtbuatı, 16 avqust 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1868216
Türkiyә mәtbuatı, 16 avqust 2022

"Vatan": "29 oktyabr 2022-ci ildə Türkiyənin avtomobil zavodunun rəsmi açılışını edəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının 21-ci ildönümündə etdiyi çıxışında Türkiyənin yerli avtomobili TOGG-un hazır olduğunu bildirərək, “29 oktyabr 2022-ci ildə Türkiyənin avtomobil zavodunu rəsmi olaraq açacağıq. 2023-cü ilin birinci rübündə avtomobilimizi yollarda görməyə başlayacağıq" deyib.

"Star": ABŞ F-16 döyüş təyyarələri ilə əlaqədar Türkiyədən nümayəndə heyəti dəvət etdi 

Türkiyədən hərbi nümayəndə heyəti F-16 döyüş təyyarəsinin alınması və modernləşdirilməsi prosesi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a gedib. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada nümayəndə heyətinin ABŞ-ın dəvəti ilə getdiyi bildirilib.

"Yenişafak": Fransa mətbuatında Türkiyə və SİHA-lar gündəmdədir

Dünya Türkiyənin yerli və milli SİHA-larından danışmağa davam edir. Son olaraq Fransa mətbuatı "Bayraktar TB2" və "Kızılelman"ı manşetlərinə çıxardı. "TB2" Ukrayna üçün 'güclü müttəfiq' olaraq təsvir etdikdə, Türkiyə istehsalı olan SİHA-ların bütün dünyada uğur qazandığı bildirildi və "Kızılelma" konsepsiyasına da diqqət çəkib.

"Hürriyet": BMT-dən Türkiyə turizminə müsbət mesaj

Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili Türkiyə ilə bağlı, “Türkiyə şübhəsiz ki, aparıcı turizm məkanlarından biridir. Daha çox ziyarətçi cəlb etmək üçün lazım olan peşəkar insan resurslarına və turizm bölgələrinə malikdir”.

"Habertürk": İstanbul Hava Limanı keçən həftə Avropanın ən işlək hava limanı oldu

İstanbul Hava Limanı 8-14 avqust tarixləri arasında gündəlik orta hesabla 1332 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.



Әlaqәli Xәbәrlәr