Türkiyə mətbuatı, 15 avqust 2022

“Star”, “Yeni Şafak”, “Sabah”, “Haber Türk” və “Vatan” nələrdən yazır?

1867827
Türkiyə mətbuatı, 15 avqust 2022

 

“Star”: Türkiyədən dünyaya səs salacaq bir təşəbbüs

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti 12 ölkədə “Birləşmiş Millətlər Təşkilatı (BMT) və Təhlükəsizlik Şurası islahatı: beynəlxalq nizamın yenidən qurulmasına yanaşma” mövzusunda panel silsiləsi təşkil edir. Departamentin rəhbəri Fəxrəddin Altun panel seriyasının beynəlxalq arenada təsirli olacağını söyləyib.

“Yeni Şafak”: Türkiyə Milli Müdafiə Nazirliyindən Qıbrızın bir hissəsi

  Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamada yazılır: “Rum (yunan) terror təşkilatı EOKA 1958-ci ildən etibarən sistemli şəkildə Qıbrız (Şimali Kipr) türklərinə qarşı hücumlara başlayıb. Zamanla bu hücumlar türklərə qarşı işgəncə, amansızlıq, qətl və soyqırıma çevrilib. Kiprdə yeganə həll yolu iki dövlətli bir quruluşdur.

“Sabah”: Türkiyədə müdafiə sənayesinin yolu bəllidir

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin başçısı İsmail Dəmir ölkədə ordu və təhlükəsizlik qüvvələrinin demək olar ki, hər cür ehtiyacını qarşılamaq üçün səylərin davam etdiyini bildirərərk deyib: "Müdafiə sənayemizin yolu bəllidir. Türkiyə müdafiə sənayesi son illərdə böyük bir sıçrayış edib. Dünyada marka olmaq yolunda daha çox uğurlara imza atacağımıza əminəm".

“Haber Türk”: Türkiyənin tekstil ixracatı 7 ayda 6 milyard dolları keçdi

  Türkiyənin tekstil və xammal sektoru 2022-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrünə görə 9,5 faiz artımla 6 milyard 119 milyon dollarlıq ixracat həyata keçirib. Beləliklə, toxuculuq və xammal sektoru bütün dövrlərin ən yüksək yanvar-iyul ayları ixracına nail olub. Bu ilin 7 ayında sektor İtaliyaya 635, ABŞ-a 340, İspaniyaya 323 milyon dollarlıq mal satılıb.

“Vatan”: Yerli avtomobillə bağlı tarix verildi

  Oktyabrın 29-da Kocaeli Gəbzədə Türkiyənin Avtomobil Müəssisələri Qrupu (TOGG) fabriki açılacaq.

  Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib: "Oktyabrın 29-da Türkiyənin avtomobil fabrikini açacağıq. Maşınlarımız kütləvi istehsala başlayacaq”.

 



Әlaqәli Xәbәrlәr