Türkiyә mәtbuatı, 20 iyun 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1845598
Türkiyә mәtbuatı, 20 iyun 2022

"Habertürk":  Çavuşoğlu: "Türkiyə Balkanların 90-cı illərin qara günlərinə qayıtmasının qarşısını almaq üçün hər cür səyi göstərir"

Kosovoda danışıqlar aparan xarici işlər naziri Mövlud Çavuşoğlu Balkanlarda gərginliyin artdığını gördüklərini ifadə edərək, “Türkiyə olaraq dəfələrlə demişik ki, bölgənin 90-cı illərin qara günlərinə qayıtmasına imkan verməyəcəyik. Bunun üçün hər cür işi görürük. Bölgənin bütün ölkələri ilə yaxşı münasibətləri olan, hər kəslə danışa bilən bir ölkə olaraq bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Diplomatiyanı ön plana çıxarırıq. Dialoq regiondakı sülh və sabitlik üçün son dərəcə vacibdir" deyib.

"Yenişafak": Ceyms Cefri: "Türkiyə Egey məsələsində haqlıdır"

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi və Türkiyə səfiri Ceyms Cefri Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliklə bağlı “40 ilə yaxındır ki, Egeydəki hadisələri izləyirəm, Türkiyə daha haqlı mövqedədir” deyib.

"Gazetevatan": MİT-dən Süleymaniyyə əməliyyatı

Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində terror təşkilatı PKK-nın qondarma Suriya muxtariyyət idarəsi mərkəzi icra şurasının həmsədri, suriyalı terrorçu Hüseyn Şiblini zərərsizləşdirib.

"Sabah": PUA səmada İDA dənizdə

Bütün dünya Türk PUA-larının uğurlarından danışarkən, CTürkiyə Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri İsmail Dəmir Sürü İnsansız Dəniz Vasitələri (IDA) layihəsini sürətlə davam etdirdiklərini ifadə edərək, “İki fərqli ölçüdə və qabiliyyətdə IDA ilə bunu sahədə uğurla sınaqdan keçirdik" deyib.

"Star": Leklerk: "Türkiyə uzun müddətdir bir çox ölkəyə rəhbərlik edir"

Türkiyənin dünyanın bir çox ölkəsinə məsuliyyət və həmrəyliklə yol göstərdiyini deyən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Türkiyə Nümayəndəsi Filip Leklerk "Yol göstərən ölkələri təbrik etmək çox vacibdir. Türkiyə uzun müddətdir ki, bu yolda liderlik edir" deyib.



Әlaqәli Xәbәrlәr