Türkiyә mәtbuatı, 23 may 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1830484
Türkiyә mәtbuatı, 23 may 2022

"Sabah": Türkiyənin NATO reaksiyası ABŞ mətbuatında

Türkiyənin Skandinaviya ölkələri İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətinə veto qoyayaraq şərtlərini təqdim etməsi dünyada geniş əks-səda doğurub. ABŞ-da dərc olunan "The Hill" qəzeti də məsələni araşdırıb və ABŞ senatoru Ben Kardinin sözlərinə yer verib. Qəzet Türkiyənin müharibə dövründə (Rusiya-Ukrayna) böyük işlər gördüyünü vurğulayan Kardinin “Türkiyə ilə yaxşı münasibətlərin olması bizim xeyrimizədir” dediyini qeyd edib.

"Yeni Şafak": Xarici işlər naziri Çavuşoğlu İsrailə gedir

Xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 25-i çərşənbə günü İsrailə gedəcək. Bu səfər 15 ildə Türkiyədən İsrailə xarici işlər naziri səviyyəsində ilk səfər olacaq.

"Star": Nazir Fahreddin Koca “meymun çiçəyi” ilə bağlı açıqlama verdi

Səhiyyə naziri Fahrettin Koca "meymun çiçəyi" ilə bağlı "Heyvan qaynaqla olan və bəzən insanlara da yolxan bu xəstəlik pandemiyaya səbəb olmur" dedi.

"Haber Türk": "Türkiyənin döyüş zirehlisi "Yörük" Afrikada ilk vəzifəsinin icrasına başladı

Türkiyə müdafiə sənayesi çərçivəsində hazırlanan daha bir zirehli quru vasitəsi ilk səhra missiyasına başlayıb. "Yörük 4X4" üçün 4 ölkə ilə müqavilə imzalayan Nurol Makina şirkəti ilk zirehlini Çada təhvil verib.

"Hürriyet": “VakifBank CEV" Çempionlar Liqasının çempionudur

Türkiyə və Dünya çempionu "VakıfBank CEV" Çempionlar Liqası Super Finalında "Imoco Volley Conegliano"nu 3-1 hesabı ilə məğlub edərək CEV Avropa Çempionlar Liqası Çempionu oldu. Beləliklə, "VakıfBank" tarixində 5-ci dəfə Avropa Çempionlar Liqasının çempionu oldu.



Әlaqәli Xәbәrlәr