Türkiyә mәtbuatı:20 may 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1829655
Türkiyә mәtbuatı:20 may 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Vatan’’: 19 May Bayramı Türkiyәdә böyük coşğu ilә qeyd olundu

19 May Atatürkü Anma, Gәnclik vә İdman Bayramı Türkiyәdә böyük coşğu ilә qeyd olundu. Bayram münasibәtilә xalq meydanlara axışdı.

‘‘Star’’: Әrdoğan: ‘‘PKK/YPG-yә dәstәk verәnlәrә ‘‘bәli’’ deyә bilmәrik’’

Prezident Rәcәb Tayyib Әrdoğan Türkiyәnin İsveç vә Finlandiyanın NATO-ya daxil olmasına veto qoyması ilә bağlı deyib: ‘‘PKK/YPG-yә dәstәk verәnlәrә ‘‘bәli’’ deyә bilmәrik. İsveç terrorçuların yuvasıdır.Bir ölkә ‘‘yox’’ deyirsә NATO-ya daxil edә bilmәzlәr’’.

‘‘Hürriyet’’: Mövlud Çavuşoğlu әmәkdaşlıqla bağlı çağırış edib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bildirib ki,  Rusiya vә Ukraynanın istehsal vә ixrac imkanlarının azalması qlobal әrzaq tәhlükәsizliyinә birbaşa tәsir edir. Mövlud Çavuşoğlu müharibәnin aclıq böhranını daha da dәrinlәşdirmәmәsi üçün beynәlxalq әmәkdaşlığa ehtiyac olduğunu bildirib.

‘‘Sabah’’: Türkiyәnin Xarici İşlәr Nazirliyi Yunanıstana reaksiya göstәrib

Türkiyәnin Xarici İşlәr Nazirliyi Yunanıstanın rәsmi orqanlarının ‘‘Pontus’’la bağlı iddialarını rәdd etdiyini açıqlayıb.

‘‘Habertürk’’: Dördüncü axtarış-kәşfiyyat gәmisi Türkiyәyә gәldi

Türkiyәnin dördüncü axtarış-kәşfiyyat gәmisi Mersinin Taşucu limanında lövbәr saldı. Bu barәdә Türkiyәnin energetika vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz mәlumat verib.



Әlaqәli Xәbәrlәr