Türkiyә mәtbuatı:10 may 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1824501
Türkiyә mәtbuatı:10 may 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Habr Türk’’:Әrdoğan: ‘‘Türkiyәnin inkişaf etmәsi üçün ciddi sәylәr göstәririk’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünyanın çox çәtin dövrdәn keçmәsinә baxmayaraq Türkiyәnin inkişaf etmәyә davam etdiyini bildirib. Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Hazırdan öz ayaqları üzәrindә dayanan, bütün dostlarına vә qardaşlarına dәstәk olan Türkiyә var.Türkiyәnin inkişaf etmәsi üçün ciddi sәylәr göstәririk’’.

‘‘Hürriyet’’: Rәcәb Tayyib Әrdoğan vә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Salman arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd ibn Salman arasında telefon danışığı olub. Söhbәt zamanı Ərdoğan səhhəti ilə bağlı müayinədən keçmək üçün xəstəxanada olan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin vəziyyəti ilə bağlı məlumat alıb və tezliklə sağalması üçün ən xoş arzularını çatdırıb. Görüşdə Türkiyə-Səudiyyə Ərəbistanı münasibətləri və regional məsələlər də müzakirə edilib.

‘‘Star’’: İsveçrәdә PKK tәrәfdaşları saxlanılıb

Mayın 8-dә İsveçrәnin Besel şәhәrindә tәşkil edilәn Beynәlxalq Uşaq Festivalında içtirakçılara hücum edәrәk altı nәfәri yaralayan separatçı terror tәşkilatı PKK-nın 5 tәrәfdaşı saxlanılıb. Saxlanılan şәxslәr barәsindә mәhkәmә prosesi başladılıb.

‘‘Yeni Şafak’’: Milli Müdafiә Nazirliyi terrora qarşı qәtiyyәtli mübarizәnin aparıldığını vurğulayıb

Türkiyәnin Milli Müdafiә Nazirliyi rәsmi internet sәhifәsindә terrorla mübarizәnin qәtiyyәtlә davam etdirildiyini bildirib.Paylaşımda deyilir: ‘‘Heç kim narahat olmasın. Avropanın ortasında uşaqlara hücum edəcək qədər alçaq olan körpə qatillərinə qarşı qәtiyyәtli mübarizәmizi davam etdiririk.Qәhraman hәrbçilәrimiz uşaqlarımızı incitmәyә çalışan separatçı terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirmәyә davam edәcәk’’.

‘‘Sabah’’: Türkiyә keçәn il 106 ölkәyә dәniz mәhsulları ixrac edib.

Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Balıqçılıq və Dәniz Mәhsulları söbәsinin Baş direktorunun müavini Mehmet Nuri Yılmaz Türkiyənin dәniz mәhsulları istehsalı baxımından әhәmiyyәtli potensiala malik olduğunu deyib. Mehmet Nuri Yılmaz bildirib ki, Türkiyә keçәn il 106 ölkәyә dәniz mәhsulları ixrac edib.



Әlaqәli Xәbәrlәr