Türkiyә mәtbuatı: 12 aprel 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1810819
Türkiyә mәtbuatı: 12 aprel 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Xarici İşlәr Nazirliyi İsraili qınadı

Xarici İşlәr Nazirliyi İordan çayının qәrb sahilinin Beytüllahim şәhәrindә fәlәstinli qadının İsrail tәhlükәsizli qüvvәlәri tәrәfindәn öldürülmәsini qınadı.

‘‘Sabah’’: Pakistanın yeni Baş naziri Şәrif: ‘‘Türkiyә ilә Pakistanın ayrılmaz bağları var’’

Pakistanın 23 Baş naziri Şahbaz Şәrif Türkiyә ilә Pakistanın ayrılmaz bağlara malik olduğunu ifadә edәrәk rәsmi Ankaranın daim rәsmi İslamabadın yanında olduğunu söylәyib.

‘‘Yenişafak’’: Dönmәz: ‘‘Türkiyənin elektrik enerjisindəki gücü 100 min meqavattı keçdi’’

Türkiyәnin enerji vә tәbii sәrvәtlәr naziri Fatih Dönmez Türkiyənin elektrik enerjisindəki  gücünün 100 min meqavattı keçdiyini bildirib.

‘‘Habertürk’’: Türkiyənin Aİ ölkələrinə ixracı bu ilin ilk rübündә 21 faiz artıb

Türkiyənin Aİ ölkələrinə ixracı bu ilin ilk rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 23 milyard 780 milyon 323 min dollara çatıb. Aİ ölkələrinə ən çox hazır geyim və tekstil, kimyavi maddә, dәmir vә polad ixrac edilib.

‘‘Star’’: Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı “Mavi Vətən-2022” təlimi keçirәcәk

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı 122 gəmi və 41 təyyarə iştirakı ilә  Egey dənizi, Qara dəniz və Şərqi Aralıq dənizində “Mavi Vətən-2022” təlimi  keçirәcәk. 12 min şəxsi heyətin iştirakı ilə keçiriləcək təlim çərçivəsində milli silah və sistemlər istifadә edilәcәk.



Әlaqәli Xәbәrlәr