Türkiyə mətbuatı, 6 aprel 2022

Türkiyә mәtbautında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1807817
Türkiyə mətbuatı, 6 aprel 2022

"Haber Türk": Zelenski Türkiyə mətbuatına danışdı

Ukrayna prezidenti Volodimir Zelenski “Haber Türk” qəzetinə müsabihə verdi. Rusiyanın paytaxt Kiyevdən çıxarıldığını bildirən Zelenski Rusiyanın Ukraynanı işğal etmək cəhdində dəstəyi olan hər kəsin müharibə cinayəti işlədiyini bildirdi. Zelenski "Türkiyənin tam dəstəyinə güvənirik" dedi.

"Star": Türkiyə Buça və İrpinlə bağlı açıqlama verdi: Bundan məsul olanlar cavab verməlidir

Xarici İşlər Nazirliyi “Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buça və İrpin də daxil olmaqla müxtəlif bölgələrdən mətbuatda əksini tapan qırğın görüntüləri insanlıq üçün dəhşətli və kədərlidir. Günahsız mülki insanları hədəfə almaq heç vaxt qəbuledilməzdir, məsul olanlar cavab verməlidir” açıqlamasını verdi.

"Hürriyet": Türkiyənin Mariupoldan təxliyə formulu

Rusiyanın işğalı nəticəsində dağıdılan və ciddi humanitar fəlakətə doğru gedən Ukraynanın Mariupol şəhərindən 80 min mülki vətəndaşın təxliyəsi üçün Türkiyənin metodu gündəmdədir. Həm Ukrayna, həm də Rusiya Türkiyənin bölgədəki təxliyə əməliyyatını alqışlayır. Xilasetmə əməliyyatının dəniz yolu ilə aparılacağı düşünülür.

"Sabah": ABŞ ilə münasibətlərdə yeni dövr

Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında iqtisadi, hərbi və siyasi məsələlərdə yeni əməkdaşlıq dövrü başlayıb. Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində paytaxt Ankaraya gələn ABŞ dövlət katibinin müşaviri Viktoriya Nuland “güclü tərəfdaşlıq” mesajı verdi. İki ölkə arasında 100 milyard dollarlıq ticarət hədəflənib.

"Vatan": Yerli "ATAK" helikopterində yeni inkişaf

Yerli və milli qaynaqlarla istehsal edilən "ATAK" hücum helikopterinin xaricə çatdırılmasında əhəmiyyətli addım atıldı. Müdafiə Sənayesinin sədri İsmayıl Dəmir "Twitter" hesabında etdiyi paylaşımda “Müdafiə sənayemizin daha bir qürurverici günüdür. “ATAK" helikopterlərimizi ilk dəfə xaricdə Filippinə təhvil veririk" dedi.



Әlaqәli Xәbәrlәr