Türkiyә mәtbuatı, 22 mart 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1799512
Türkiyә mәtbuatı, 22 mart 2022

"Hürriyet": İbrahim Kalın: "Bu müharibədə qalib olmayacaq”

Prezidentin sözçüsü İbrahim Kalın Rusiya-Ukrayna müharibəsi ilə bağlı, “Bu müharibədə qalib olmayacaq. Dünya bir daha 2-ci, 3-cü soyuq müharibəyə tab gətirə bilməz" dedi. Türkiyənin müharibəni bitirmək üçün səy göstərdiyini vurğulayan Kalın "Həm Rusiya, həm də Ukrayna tərəfləri ilə yaxın təmasda işimizi davam etdirəcəyik" deyə bildirdi.

"Star": İtaliya Türkiyənin vasitəçiliyini dəstəkləyir

Rusiya-Ukrayna müharibəsi səbəbiylə Türkiyənin diplomatiyası ilə bağlı açıqlama verən İtaliyanın xarici işlər naziri Luici Di Mayo bu vasitəçilik işini tam dəstəklədiklərini bildirib. Di Mayo Türkiyənin tərəfləri sülh razılaşmasına gətirmək üçün dialoq qurulmasında mühüm ölkə olduğunu vurğulayıb.

"Haber Türk": Daha 63 tədqiqatçı Türkiyəyə gəlir

Sənaye və texnologiya naziri Mustafa Varank Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) tərsinə (daha əvvəl ölkə xaricinə getmiş elm adamları) beyin axını proqramları ilə 47-si türk olmaqla 63 yeni tədqiqatçının Türkiyədə araşdırmalarını davam etdirəcəyini dedi. “Beləliklə, ölkəmizin elmi, yenilikçilik və innovasiya ekosistemini daha da gücləndirəcəyik”, - deyə Varank bildirdi.

"Vatan": Türkiyənin müdafiə sənayesi Dohada nümayişdədir

Dünən Qətərdə “Doha Beynəlxalq Dəniz Müdafiəsi Sərgisi və Konfransı (DIMDEX 2022)” öz işinə başlayıb. "DIMDEX 2022" çərçivəsində 20 ölkədən 200-dən çox şirkətin, o cümlədən Türkiyənin müdafiə sənayesindən 32 firmanın məhsulları 3 gün ərzində sərgilənəcək. Sərgidə iştirak edən türk şirkətlərinin stendləri müxtəlif ölkələrin nümayəndə heyətləri tərəfindən maraqla izlənilir.

"Yeni Şafak": Konya 2023 Dünya İdman Paytaxtı seçildi

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası (ACES Europe) tərəfindən Konya 2023-cü il Dünya İdman Paytaxtı elan edilib. Konya qlobal miqyasda ən prestijli idman titullarından biri olan Türkiyənin “Dünya İdman Paytaxtı” adını alan ilk şəhəri, İspaniyanın paytaxtı Madriddən sonra Avropanın ikinci şəhəri olub.



Әlaqәli Xәbәrlәr