Türkiyә mәtbuatı: 09 mart 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1792075
Türkiyә mәtbuatı: 09 mart 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Haber Türk’’: Hulusi Akar rusiyalı hәmkarı ilә telefon әlaqәsi saxlayıb

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Rusiya müdafiә naziri Sergey Şoygu ilә telefon әlaqәsi saxlayıb. Nazir Hulusi Akar mövcud vәziyyәt sәbәbindәn Rusiya limanlarında gözlәyәn ticarәt gәmilәrinin Türkiyәyә tәhlükәsiz şәkildә gәlmәsi üçün dәstәk gözlәdiklәrini dilә gәtirib.

‘‘Sabah’’: Mövlud Çavuşoğlu: ‘‘Tәxliyә edilәn Türkiyә vәtәndaşlarının sayı 13 min 120-yә çatıb’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünәn Ukraynadan tәxliyә edilәn 699 nәfәrlә tәxliyә edilәn Türkiyә vәtәndaşlarının sayının 13 min 120-yә çatdığını söylәyib.

‘‘Hürriyet’’: Pilotsuz uçuş aparatları ilә bağlı әhәmiyyәtli irәlilәyiş

Bayraktar texnologiya şirkәtinin rәhbәri Sәlcuq Bayraktar pilotsuz döyüş tәyyarәsinin ilk prototipinin ilk uçuşunu gәlәn il hәyata keçirmәyi hәdәflәdiklәrini bildirib.

‘‘Vatan’’: Mustafa Varank: ‘‘İstehsalı artıraraq Türkiyәni böyüdәcәyik''

Türkiyәnin sәnaye vә texnologiya naziri Mustafa Varank deyib: ‘‘İstehsalı artıraraq Türkiyәni böyüdәcәyik. Qarşıdakı dövrdә Türkiyәni iqtisadi cәhәtdәn inkişaf etmiş ölkәlәr sırasına daxil edәcәyik’’.

‘‘Yeni Şafak’’: İki ayda hava yolundan istifadә edәn sәrnişinlәrin sayı 18 milyonu keçib

Dövlət Hava Meydanları İdarəsi yanvar-fevral aylarına dair təyyarə, sərnişin və yük statistikasını açıqlayıb. Mәlumata görә, hәmin dövrdә hava yolundan istifadә edәn sәrnişinlәrin sayı 18 milyonu keçib.



Әlaqәli Xәbәrlәr