Türkiyә mәtbuatı, 4 mart 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1789506
Türkiyә mәtbuatı, 4 mart 2022

"Vatan": Ərdoğan: "Türkiyə güclü olmaq məcburiyyətindədir"

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə siyasəti, iqtisadiyyatı, hərbi və ictimai quruluşu ilə güclü olmalıdır. “Bölgəmizdə heç bir hadisənin, heç bir böhranın Türkiyədən müstəqil olmadığı danılmaz faktdır”, - deyə Ərdoğan bildirib. Rusiya-Ukrayna müharibəsini misal gətirən Ərdoğan “Bunlardan dərs götürərək yolumuza davam edəcəyik” deyib.

"Hürriyet": Çavuşoğlu: "Humanitar dəhliz qərarından məmnunuq"

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub. Telefon söhəti zamanı Ukraynadakı son hadisələr müzakirə olunub. Çavuşoğlu Rusiya və Ukrayna nümayəndə heyətlərinin regional səviyyədə də olsa, mülki şəxslərin təxliyyəsi üçün humanitar dəhliz yaradılması barədə razılığa gəlməsindən məmnun olduqlarını vurğulayıb. Çavuşoğlu qeyd edib ki, bu dəhliz insanların təxliyəsinə şərait yaradacaq, eyni zamanda bu ərazilərə humanitar yardımın çatdırılmasını asanlaşdıracaq.

"Haber Türk": İbrahim Kalın: "Müharibə zamanı belə tədbirli olmalıyıq"

Prezidentin sözçüsü İbrahim Kalın şəxsi "Twitter" hesabında etdiyi paylaşımda bildirib ki, Rusiya xalqını və mədəniyyətini kənara qoymadan Rusiyanın səhv siyasətini tənqid etməyin, heç kimin təhrikinə gəlmədən Ukraynanın suverenliyini və müstəqilliyini müdafiə etmək mümkündür. Kalın “Müharibə zamanı da tədbirli  olmalıyıq” deyib.

"Sabah": Hər iki tərəflə də görüşə bilən yeganə ölkə Türkiyədir

Baş Qərargah Kəşfiyyat İdarəsinin təqaüddə olan rəisi, general-leytenant İsmayıl Hakkı Pekin Türkiyənin Rusiya və Ukrayna ilə danışıqlar apara bilən yeganə ölkə olmasının vacibliyini vurğulayaraq, “Türkiyə iki tərəf arasında böyük strateji əhəmiyyətə malikdir. Gərginliyin azaldılmasında bizim üzərimizə böyük məsuliyyət düşəcək” deyib.İsmayıl Pekin Türkiyənin hava məkanından başqa bütün hava məkanlarının Rusiya üçün bağlı olmasının da görüşlər üçün Türkiyəni ön plana çıxara biləcəyini bildirib.

"Star": Liviyadan Türkiyəyə təşəkkür

Liviyanın Misrata şəhərində təhsilini başa vuran hərbi tələbələr mərasimlə məzun olublar. 53-cü Piyada Briqadası Düşərgəsində təşkil edilən mərasimdə mezun əsgərlərlə yanaşı, Türkiyə istehsalı olan “Kirpi” də daxil olmaqla tank və hərbi maşınlar parad keçirib. Liviyanın Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Həddad Türkiyəyə əsgərlərin hazırlanmasında onlara verdiyi dəstəyə görə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr