Türkiyǝ mǝtbuatı, 8 fevral 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1774954
Türkiyǝ mǝtbuatı, 8 fevral 2022

"Hürriyet": Əminə Ərdoğan: "Vəziyyətimiz yaxşıdır"

Prezidentin sözçüsü İbrahim Kalın yeni növ koronavirusa (Covid-19) yoluxan Prezident Rəcəb Tayyib Ərdoğanın səhhətinin yaxşılaşdığını bildirib. "Həkimlərin proqnozu odur ki, (test nəticəsi) bir neçə gün ərzində mənfi olacaq", - Kalın bildirib. Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da "Twitter" hesabında “Vəziyyətimiz yaxşıdır” məlumatını paylaşıb.

"Yeni Şafak": NATO və Almaniyadan Ərdoğana Ukrayna təşəkkürü

Prezident Ərdoğanın Rusiya-Ukrayna böhranının siyasi həlli ilə bağlı diplomatik təşəbbüsünə NATO və Almaniyadan dəstək və təşəkkürlər gəlib. Ərdoğana telefonla zəng etdiyini bildirən NATO-nun baş katibi Yens Stoltenberq “Siyasi həll yolu tapmaq üçün göstərdiyi fəal dəstəyə və şəxsi səylərinə görə Ərdoğana təşəkkür edirəm” deyib. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger də Türkiyənin səylərini alqışladıqlarını bildirib.

"Habertürk": Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətindən Avropaya reaksiya

Şimali Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Avropa Komissiyasının Struktur İslahatlara Dəstək Departamentinin baş direktoru Mario Navanın Kıbrısda iki dövlətli həll yolunun qəbuledilməz olduğuna dair açıqlamalarına sərt reaksiya verib. KKTC Xarici İşlər Nazirliyi "Avropa İttifaqı səlahiyyətlilərinin Kıbrıs probleminin həlli ilə bağlı şərh və mühakimə ortaya qoymasının heç bir mənəvi və hüquqi tərəfi yoxdur" dedi.

"Star": "Yaxşılıq" qatarı Əfqanıstana çatıb

Türkiyədə müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) Başçılığının koordinasiyasında təşkil edilən "Yaxşılıq" qatarı Əfqanıstana çatdı. Prezident Ərdoğanın "Yaxşılıq" qatarı ilə bağlı verdiyi göstərişdən sonra hərəkətə keçən Türkiyə qurumlarının rəsmiləri qatarın koordinasiyası üçün böyük səy göstərərək çətin işi uğurla başa vurdu.

"Sabah": Ölkə miqyasında "Turkovac" xoşbəxtliyi 

Yeni növ koronavirus (Covid-19) eleyhinə hazırlanmış yerli peyvənd “Turkovac” dünəndən etibarən bütün Türkiyədə tətbiq olunmağa başladı. Vətəndaşlar "Qürur və xoşbəxtliyi birlikdə yaşayırıq. Dövlətimizə və türk həkimlərə güvənirik” dedikdə səhiyyə işçiləri “yerli peyvəndi gözləyən ciddi bir qrup var idi. İlk gündə maraq böyükdür” deyə bildirdilər.



Әlaqәli Xәbәrlәr