Türkiyǝ mǝtbuatı: 6 yanvar 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1757824
Türkiyǝ mǝtbuatı: 6 yanvar 2022

‘‘Hürriyet’’: Mövlud Çavuşoğlu vǝ Yens Stoltenberq arasında telefon danışığı olub

Türkiyǝnin xarici işlǝr naziri Mövlud Çavuşoğlu vǝ NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Görüşdǝ NATO-nun xarici işlǝr nazirlǝri sǝviyyǝsindǝki toplantısı vǝ yanvarın 12-dǝ keçirilǝcǝk  NATO-Rusiya Şurasının iclası ǝtrafında fikir mübadilǝsi aparılıb.

‘‘Star’’: Türkiyǝ ilǝ Ermǝnistanın xüsusi nümayǝndǝlǝri yanvarın 14-dǝ görüşǝcǝk

Türkiyǝ ilǝ Ermǝnistanın xüsusi nümayǝndǝlǝrinin görüşü yanvarın 14-dǝ Rusiyanın paytaxtı Moskvada baş tutacaq.

Bu barǝdǝ Xarici İşlǝr Nazirliyindǝn verilǝn mǝlumatda bildirilib. Mǝlumatda deyilir: ‘‘Türkiyǝ ilǝ Ermǝnistanın xüsusi nümayǝndǝlǝrinın ilk görüşü 2022-ci ilin 14 yanvar tarixindǝ Moskvada keçirilǝcǝk’’.

Türkiyǝnin Vaşinqtondakı sǝfiri Sǝrdar Kılıç dekabrın 15-dǝ ölkǝnin Ermǝnistanla münasibǝtlǝrin normallaşdırılması üzrǝ  xüsusi nümayǝndǝsi vǝzifǝsinǝ tǝyin edilmişdi.

Qeyd edǝk ki, Ermǝnistan parlamentinin sǝdrinin müavini Ruben Rubinyan da ölkǝsinin Türkiyǝ ilǝ  münasibǝtlǝrin normallaşdırılması üzrǝ xüsusi nümayǝndǝsi postuna tǝyin olunmuşdu’’.

‘‘Sabah’’: Sǝhiyyǝ naziri Fǝxrǝddin Koca koronavirusun Omikron ştamı ilǝ bağlı bǝyanat verib

Sǝhiyyǝ naziri Fǝxrǝddin Koca dünǝn şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ etdiyi paylaşımda deyib: ‘‘Omikron ştamına yoluxanların sayındakı artıma baxmayaraq xǝstǝxanaya yerlǝşdirilǝn xǝstǝlǝrin sayı yüksǝlmǝyib''.

‘‘Vatan’’: Karaismailoğlu: ‘‘Elektron mǝhsulların ixracında lider ölkǝlǝr arasına daxil olmaq üçün yeni  strategiyalar hazırlayırıq’’

Nǝqliyyat vǝ infrastruktur naziri Adil Karaismailoğlu deyib: ‘‘ Ölkǝmizi elektron mǝhsulların ixracında lider ölkǝlǝr arasına daxil etmǝk üçün yeni strategiyalar hazırlayırıq. Belə bir dövrdə texnoloji müstəqillik həm də milli müstəqilliyimizin təminatıdır’’.

‘‘Yeni şafak’’: Türkiyənin avtomobil ixracında artım qeydə alınıb

Türkiyə iqtisadiyyatının lokomotiv sektoru olan və 2021-ci ili ixracda lider olaraq bağlayaraq ardıcıl 16-cı çempionluğunu elan edən avtomobil sənayesində ötən il 29,3 milyard dollarlıq xarici satış reallaşıb.

 



Әlaqәli Xәbәrlәr