Türkiyə mətbuatı, 21 dekabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlər

1750254
Türkiyə mətbuatı, 21 dekabr 2021

"Haber Türk": Afrika ilə ticarət həcmində hədəf 75 milyard dollardır

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Afrika ilə ticarət həcmini 5,4 milyard dollardan 30 milyard dollara yüksəltdiyini, indi isə bu hədəfi 50 milyard dollara, daha sonra isə 75 milyard dollara çatdırmaq olduğunu bildirib. “Tarixində müstəmləkəçilik utancı olmayan bir xalq olaraq (Afrika qitəsi ilə) qazan-qazan və bərabər tərəfdaşlıq əsasında əməkdaşlığımızı daha da gücləndirməyə çalışırıq”, - deyə Ərdoğan bildirib.

"Hürriyet": Nazir Nebati: "Qazanan Türkiyə iqtisadiyyatı olacaq”

Xəzinə və maliyyə Naziri Nureddin Nebati "Twitter" hesabından etdiyi paylaşımda “Prezidentimizin açıqladığı möhtəşəm iqtisadi manifestlə (Türk Lirəsini gücləndirəcək) dünən olduğundan çox daha qətiyyətlə yolumuza davam edirik. Heç kimin şübhəsi olmasın” deyib. Nazir N. Nebati "İnvestisiya, istehsal, məşğulluq və ixraca yönəlmiş Yeni Türkiyə Modeli ilə qazanan Türkiyə iqtisadiyyatı olacaq" deyə vurğulayıb. 

"Sabah": Ermənistanla uçuşlar başlayır

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin regionun sabitliyi istiqamətində etimadı artıran addımlar atdığını vurğulayaraq, Türkiyə ilə Ermənistan arasında uçuşların başlayacağını bəyan edib. Çavuşoğlu “Ermənistanla birbaşa təmaslara başlamaq üçün qarşılıqlı xüsusi nümayəndələrimizi təyin etdik. Xüsusi nümayəndələrimiz ən qısa zamanda görüşəcəklər. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq” deyib. Çavuşoğlu Türkiyənin Ermənistanla bağlı addımlarının Azərbaycanla məsləhətləşərək atıldığını da vurğulayıb.

"Star": Türkiyənin BMT TŞ-ya haştaq və tvit reaksiyası
Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Feridun Sinirlioğlu "BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) haştaqı gözəl amma sığıncağı bir ev daha yaxşıdır. Qorxuram ki, tarix bu şuranı haştaq nəsli kimi təsvir edəcək. Hər ay bu şuraya gəlib danışırıq, tviterdə paylaşım edirik və ayrılırıq, növbəti ay isə qayıdıb eyni şeyi təkrar edirik" deyərək reaksiya verib. BMT TŞ-nın Suriya xalqı üçün son şans olduğunu xatırladan Sinirlioğlu “Bizim edə biləcəyimiz tək şey budurmu? Yeni il qərarlarımızı tvitridə paylaşım etmək əvəzinə, bəlkə Suriya xalqını xilas etmək üçün həqiqətən nəsə edə bilərik” sözlərilə BMT TŞ-ni tənqid edib.

"Yeni Şafak": Türkiyə Afrika və Asiyada 18 milyon insanı su ilə təmin etdi

Qeyri-hökumət təşkilatları və ictimai qurumlar sayəsində Türkiyə Asiya və Afrikanın 22 ölkəsində 34 mindən çox su quyusu istismara verdi. Bu iki qitədə 18 milyondan çox insan təmiz su ilə təmin olundu. Hər il vəba, dizenteriya, tif və ishaldan 485 min insanın ölümü ilə nəticələnən bu coğrafiyalarda şəbəkə xətləri, təmizləyici qurğular və kilometrlərlə su kəmərləri də istifadəyə verilmişdir.



Әlaqәli Xәbәrlәr