Türkiyə mətbuatı, 2 dekabr 2021

“Haber Türk”, “Hürriyet”, “Yeni Şafak”, “Star” və “Sabah” nələrdən yazır?

1741701
Türkiyə mətbuatı, 2 dekabr 2021

 

“Haber Türk”: İqtisadiyyatda yeni strategiya

  Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan ölkənin yüksək faizi tərk edərək istehsala, ixracata öncəlik verən bir strategiyaya keçdiyini bildirdi: “Türkiyənin dünyada inkişafa davam edən yeganə iqtisadiyyat olmasına görə bu dəyişməyə borcluyuq. 2021-ci ili cüt xanalı böyüməklə tamamlamağa gedirik.”

“Hürriyet”: Nazir Koca “Epidemiyanın sonu zəif variantlarla gələcək" dedi

  Türkiyənin Səhiyyə naziri əxrəddin Koca sosial mediadan paylaşdığı şərhdə bildirib: “Viruslar qripə gətirib çıxaran influenzadakı kimi zamanla dəyişməyə uğrayır. Bizim apardığımız mübarizəyə və dəyişən şərtlərə qarşı virus da həyatda qalma mübarizəsi verir. Yeni tip koronavirusun (Covid-19) da yeni variantlarından narahatlıq duyula bilər, lakin epidemiyanın sonunun zəif variantlarla gələcəyini unutmayın.”

“Yeni Şafak”: “Turkovac”da sona gəlindi

  Təcili istifadə təsdiqi gözləyən yerli “Covid-19” peyvəndi “Turkovac”ın iki mərkəzdə ardıcıl istehsalı üçün infrastruktur tamamlandı. Türkiyə Dərman və Tibbi Cihaz Təşkilatı laboratoriyalarına göndərilən yerli “Covid” peyvəndinə dekabrın ortasından viza çıxması gözlənilir. Peyvəndlər ardıcıl istehsaldan sonra 14 günlük bir testdən daha keçirilib bazara veriləcək.

“Star”: Polşa Türkiyə SİHA-larının satın alınması əhəmiyyətli bir müqavilədir

  Polşa prezidenti Ancey Duda Türkiyə silahlı pilotsuz uçan aparatların (SİHA) satın alınmasının əhəmiyyətli bir razılaşma olduğunu söylədi və: “Türkiyə ilə olan yaxşı əlaqələr təhlükəsizlik sahəsində atılan addımları qabağa aparacaq” dedi.

Sabah”: BMT qlobal əməliyyatları Türkiyədən icra edəcək

  BMT humanitar böhranlara müdaxilə mərkəzi olan Humanitar Yardımlar üzrə Koordinasiya Ofisinin (OCHA) Türkiyədə təmsilçiliyinin açılmasını nəzərdə tutan müqavilə təsdiqləndi. Razılaşma ilə birlikdə OCHA-nın Cenevredə olan qlobal əməliyyatlardan məsul qrupu İstanbula daşınmağa hazırlanır. Beləcə, BMT Suriya başda olmaqla, bölgədə yaşanan insani dramlara daha aktiv müdaxilə edə biləcək.

 



Әlaqәli Xәbәrlәr