Türkiyə mətbuatı 2 noyabr 2021

Türkiyə mətbuatında ölkə və dünya gündəminə dair bu gün yazılanlar...

1727921
Türkiyə mətbuatı 2 noyabr 2021

 

“Yeni Şafak”: Ərdoğan: “Bayden-ın F-16-ların tədarükü məsələsinə müsbət yanaşdığını müşahidə  etdim”

Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenlə keçirdiyi görüşə münasibət bildirib: “Cənab Bayden ilə F-35 məsələsini məhz bu layihə ilə əlaqəli  Türkiyənin ödədiyi 1,400 milyon dollar mövzusunu, bu çərçivədə F-16-ların tədarükünü  danışdıq. Baydenın  bu məsələlərə mənfi yanaşmadığını  müşahidə etdim.

“Hürriyət”: “Nöbətdi danışıqlar ABŞ-da aparılacaq”

 Milli Müdafiə Nazirliyindən bildirilib ki, F-35-lər ilə əlaqəli problemin həlli və maliyyə məsələlərinin müzakirəsi üçün Türkiyə və ABŞ Müdafiə nazirlikləri arasında ikinci görüşün bir neçə ay sonra Vaşinqtonda keçirilməsi planlaşdırılırıb. Nazirliyin açıqlamasında həmçinin qeyd edilib ki,  Türkiyənin məsələ ilə  əlaqəli  tutduğu mövqe aşkardır: “İlk tələbimiz F-35 proqramına geri qayıdmağımıza zəmin yaradılması,  ikincisi isə Türkiyə üçün ayrılan təyyarələrin təhvil verilməsi. Bunlara müsbət yanaşılmaması halında  ödədiyimiz pulun geri qaytarılmasıdır. Bu fikirlərimizi qarşı tərəfə bildirdik”

“Star”: İxracda yeni rekord

Ticarət naziri Mehmet Muş, oktyabr ayında Türkiyənin ixrac həcminin bir əvvəlki ilin müvafiq dövrünə müqayisədi 20,2% artaraq 20,8 milyard dollara çatdığını bildirib.

“Habertürk” Dönməz: “Ölkəmiz təxminən 60 milyon barrel neft ekvivalenti ehtiyata qovuşdurulub”

Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz, Qara dənizdə təşf etdilən təbii qaz ehtiyatlarına əlavə olaraq, cari ildə quru sahələrdəki  kəşflər ilə yanaşı ölkəyə təxminən 60 milyon barrel neft ekvivalenti ehtiyat qazandırıldığını qeyd edib.

“Sabah”: Türkiyənin turizm gəlirində 181% artım qeydə alınıb

Türkiyə Dövlət Statistika Komitəsinin  açıqladığı hesabata görə, turizm gəlirləri iyul, avqust və sentyabr aylarından ibarət üçüncü rübdə 2020-ci ilin  müvafiq rübünə müqayisədə 181,8% artaraq 11 milyard 395 milyon 117 min dollara çatıb.



Әlaqәli Xәbәrlәr