Türkiyə mətbuatı, 7 oktyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi.

1715951
Türkiyə mətbuatı, 7 oktyabr 2021

"Yeni Şafak": MİT Dağlıca hücumuna qatılan terrorçunu İraqın şimlında zərərsizləşdirdi

Milli Kəşfiyyat Təşkilatı (MİT) 2012-ci ildə Hakkari vilayətinin Dağlıca bölgəsində 8 əsgərin şəhid olduğu hücuma qatılanlar arasında yer alan bölücü terror təşkilatı PKK üzvü Özcan Yıldızı İraqın şimalındakı Qara bölgəsində təşkil edilən əməliyyatla zərərsizləşdirdi. 

"Hürriyet": Dünyanın Bankı Türkiyə iqtisadiyyatının ilin sonunda artımı ilə bağlı proqnozu 

Dünya BankıTürkiyə iqtisadiyyatının 2021-ci ilin sonunda 8,5 % artacağını proqnozlaşdırıb. Beynəlxalq maliyyə qurumu bu proqnozu daha əvvəl 5 faiz olaraq elan etmişdi. Bununla da proqnozunu 3,5 xal artırıb. 

"Sabah": "İstanbul Hava Limanı dünyanın ən yaxşı hava limanları arasında ikinci yeri tutur

Dünyanın ən yaxşı hava limanlarından biri olmaqla yanaşı sərnişinlərə bənzərsiz bir səyahət təcrübəsi təqdim edən İstanbul Hava Limanının nailiyyətləri başqa bir mükafatla taclandı. Nyu-York və Londonda yerləşən məşhur səyahət jurnalı "Condé Nast Traveler"in oxucuları dünyanın ən yaxşı hava limanları siyahısında ikinci olaraq İstanbul Hava Limanını seçdilər.

"Haber Türk": Xəzinə və maliyyə naziri Elvan OECD toplantısında fransalı həmkarı Lö Maire ilə görüşdü

Xəzinə və maliyyə Naziri Lütfi Elvan dünən paytaxt Parisdə OECD Nazirlər Şurası Toplantısı çərçivəsində Fransa İqtisadiyyat və Maliyyə Naziri Bruno Le Maire ilə görüşdü. Nazir Lütfi Elvan "Twitter" hesabında etdiyi paylaşımda Le Maire ilə paytaxt Parisdə beynəlxalq vergi gündəmini, iqlim dəyişikliyi ilə mübarizə siyasətlərini və ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək mövzularında çox məhsuldar bir görüş keçirdiklərini ifadə edib.

"Star": "Yavuz” üzən kəşfiyyat-qazma gəmisi hərəkətə keçdi

Türkiyənin "Yavuz” üzən kəşfiyyat-qazma gəmisi neft və təbii qaz kəşfiyyatında iştirak etmək üçün İstanbul boğazından keçərək Qara dənizə üz tutdu.



Әlaqәli Xәbәrlәr