Türkiyə mətbuatı, 30 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi.

1712548
Türkiyə mətbuatı, 30 sentyabr 2021

"Yeni Şafak": Ərdoğan: Suriyada sülh Türkiyə və Rusiyadan asılıdır"

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı təkbətək görüşdə kritik məsələlər müzakirə edildi. Prezident Ərdoğan xüsusilə də Suriyadakı inkişafların müzakirə edildiyi toplantıdan əvvəl açıqlama verərək, “Suriya mövzusunda birlikdə atdığımız addımlar böyük əhəmiyyət daşıyır. Oranın da sülhü Türkiyə ilə Rusiya arasındakı əlaqələrdən asılıdır "dedi.

"Haber Türk": Ərdoğan "New York Times" qəzetinə Türkiyənin S-400-ü niyə aldığını izah etdi

Amerika "New York Times" (NYT) qəzetinə danışan Prezident Ərdoğan Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması NATO ittifaqına zərər vurduğu tənqidini rədd etdi. "Amerikalılar Türkiyəyə Patriot raketdən müdafiə sistemini satsaydılar, S-400-ləri almaq məcburiyyətində qalmazdıq" dedi.

"Vatan": Türkiyə ilə Ukrayna arasında tarixi razılaşma

Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Savunma" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb. Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub. Ukrayna Silahlı Qüvvələri Türkiyədən 7 ədəd “Bayraktar TB2” PUA alıb.

"Sabah": Türkiyə bərpa olunan enerjiyə görə dünyada 12-ci, Avropada isə 5-ci yerdədir

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Türkiyənin mövcud bərpa olunan enerji qurğusu gücü ilə dünyada 12-ci, Avropada isə 5-ci yerdə olduğunu bildirdi. Dönmez “Günəş və külək enerjisində də qabaqcıl və nümunəvi bir ölkə olacağımıza inanırıq. Bu inancın ən əhəmiyyətli göstəricisi olaraq, günəş və külək enerjisi sərmayələrimizdə sürətlə işləməyə davam edirik" ifadələrindən istifadə etdi. 

"Hürriyet": Fransız şirkətləri Türkiyəyə yatırımlarını artıracaq

Fransanın xarici ticarət və investisiya naziri Frank Riester Türkiyə ilə Fransa arasındakı ikitərəfli ticarətin son dərəcə əhəmiyyətli olduğunu söylədi. "Keçən il 14 milyard avroluq qarşılıqlı ticarət həyata keçirdik. Qarşılıqlı ticarətin son aylarda sürətləndiyini görürük. Bu səbəbdən bu il 16 milyard avroya çatmaq üzrəyik" dedi.



Әlaqәli Xәbәrlәr