Türkiyə mətbuatı, 27 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi

1710796
Türkiyə mətbuatı, 27 sentyabr 2021

"Hürriyet": Prezident Ərdoğandan ABŞ-a terror cavabı

Prezident Rəcəb Tayyib Ərdoğan Amerikanın CBS televiziyasına müsahibə verdi . Ərdoğan ABŞ-ın terror təşkilatı PKK/YPG-yə dəstəyini tənqid etdi. Türkiyə və ABŞ-ın NATO müttəfiqləri olduğunu xatırladan Ərdoğan "Terror təşkilatlarına bu cür kömək edilsə, bu bizi üzəcək və biz bunu dilə gətirəcəyik" dedi.

"Yeni Şafak": Ərdoğan: "ABŞ Suriya və İraqı da tərk etməlidir

Prezident Ərdoğan ABŞ-ın Əfqanıstanı tərk etdiyi kimi Suriya və İraqı da tərk etməli olduğunu söylədi. Ərdoğan bildirib ki, məqsəd sülhə xidmət etməkdirsə, ABŞ-ın bu bölgələrdə sülh üçün qalmasının heç bir mənası yoxdur.

"Star": Milli müdafiə sənayesində sürpriz inkişaf

Türkiyənin milli qaynaqlarla hazırladığı Orta Hündürlükdə Hava Hücumundan Müdafiə Raket Sistemi "Hisar-O+" bu il ərzində Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına daxil olacaq. "Hisar O+" sinif raketləri uçuş məsafəsi, hündürlük və digər qabiliyyətləri donanmada istifadə edilən ABŞ mənşəli raketləri əvəz edəcək.

"Sabah": Prof. Dr. Əziz Sancar: "Vətənə xidmət Nobeldən əvvəl gəlir"

Türk həkim, akademik və Nobel mükafatı laureatı Əziz Sancar vətən sevgisinin hər şeydən önəmli olduğunu söyləyərək, "Məqsəd Nobel almaq deyil, bu ölkə və insanlıq üçün faydalı bir şey etməkdir"dedi. Türkiyənin elmdə Qərbdən geridə olmadığını vurğulayan Sancar Türk dövlətlərinin birlikdə çalışmasının vacibliyini ifadə etdi.

Vatan: Yüz minlərlə insan yenə "Teknofest"ə qatıldı

Cəmiyyətdə texnologiyaya marağı artırmaq və milli texnologiya istehsal edən bir cəmiyyətə çevrilməklə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyan Aviasiya, Kosmos və Texnologiya sərgisi "TEKNOFEST" sona çatdı. Festival çərçivəsində müxtəlif mövzularda yarışmalar, hava şouları, elmi tədbirlər və müsahibələr kimi bir çox fəaliyyətlər keçirildi. Bu il İstanbul Atatürk Hava Limanında keçirilən festivala yüz minlərlə insan qatıldı.



Әlaqәli Xәbәrlәr