Türkiyə mətbuatı, 22 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi

1708946
Türkiyə mətbuatı, 22 sentyabr 2021

"Haber Türk": Ərdoğan: "Bölgədə Türkiyəni görməyən anlayışdan əl çəkmək lazımdır"

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisində çıxış etdi. Çıxışında bölgədə Şərqi Aralıq dənizinin ən uzun sahilinə sahib olan Türkiyəni görməməzlikdən gələn anlayışdan əl çəkilməsinin vacib olduğunu vurğulayan Ərdoğan “Bütün tərəflərin iştirak edəcəyi bir 'Şərqi Aralıq dənizi Konfransı' təşkil etmək təklifimiz hələ də masadadır" deyib. Dövlət başçısı Kıbrıs Türk xalqının beynəlxalq statusunun təsdiq edilməsinin vacibliyini də dilə gətirib. 

"Hürriyet": Ərdoğandan dünyaya "TURKOVAC" müjdəsi

Prezident Ərdoğan yeni tip koronavirus (Covid-19) prosesində Türkiyənin ilk gündən etibarən sahib olduqları imkanları dostları və qardaşları ilə paylaşmağa çalışdığını ifadə edib. "159 ölkəyə və 12 beynəlxalq təşkilata tibbi yardım göndərdik" deyən Ərdoğanyaxın zamanda yerli peyvənd "TURKOVAC"-ı bütün bəşəriyyətin istifadəsinə təqdim edəcəklərini vurğulayıb.

"Yeni Şafak": "Ərdoğanın "Daha ədalətli bir dünya mümkündür "kitabı Nyu-Yorkdakı led ekranlarda təqdim edildi

Prezident Ərdoğanın yazdığı "Daha ədalətli bir dünya mümkündür" kitabı Nyu-Yorkun mərkəzindəki prospekt və küçələrdə və Times meydanında led ekranlarda təqdim edildi. Başda haqsızlıq, qaçqın böhranı, beynəlxalq terrorizm və anti-İslam olmaqla qlobal siyasətin dilemmalarını əhatə edən kitab Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında görüşəcəyi üzv ölkələrin liderlərinə də təqdim edilib.

"Vatan": "Teknofest" həyəcanı başladı

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "Teknofest" həyəcanı dünən İstanbul Atatürk Hava Limanında başladı. Sentyabrın 26-na qədər davam edəcək tədbirdə Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları” eskadrilyasının “SOLOTÜRK” komandası və Türk Ulduzları İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçirdi. "Teknofest"də qalib komandalara 5 milyon lirədən çox mükafat veriləcək.

"Star": Türkiyədə reallaşdı, dünyada bir ilk oldu

T3 Vəqfi Qəyyumlar Şurasının sədri və "Teknofest" İdarə Heyətinin sədri Selçuk Bayraktar "Teknofest"də pilotsuz uçuş aparatları (PUA) ilə təyyarələrin eyni yerdə nümayişi olduğunu söylədi. Bayraktar "Dünyada da belə bir şou bildiyimizə görə ilkdir" ifadələrdən istifadə etdi.



Әlaqәli Xәbәrlәr