Türkiyə mətbuatı, 20 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi

1707906
Türkiyə mətbuatı, 20 sentyabr 2021

"Sabah": TBMM sədri Şentop Aİ-nin köç siyasətini tənqid etdi

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "Avropa İttifaqı (Aİ) verdiyi vədləri yerinə yetirmədikcə və vacib olan humanitar təşəbbüsləri qaldırmadıqca, miqrasiya dalğasının qarşısını almaq mümkün deyil. Türkiyə daha çox miqrantı qəbul edə bilməz. Hər kəs bu sahədə məsuliyyət üzərinə götürməlidir" deyib.

"Yeni Şafak": ABŞ politoloqu Coffey: Türkiyənin təsiri Orta Asiya, Qafqaz və Əfqanıstanda artır

Douglas və Sarah Allison Xarici Siyasət Mərkəzinin direktoru Luke Coffey Türkiyənin Orta Asiya, Qafqaz və Əfqanıstanda təsirinin artdığını söylədi. Türkiyənin bölgədə daha təsirli bir güc halına gəldiyini ifadə edən Coffrey "Hal -hazırda çətin bir əlaqəmiz olsa da, Türkiyənin bizim müttəfiqimiz olması və NATO-da olması ABŞ üçün böyük bir faydadır" dedi.

"Hürriyet": Aİ Gənc Alimlər müsabiqəsində Türkiyə birinci yeri aldı

Türkiyə 2005-ci ildən bəri iştirak etdiyi Avropa İttifaqı Gənc Alimlər müsabiqəsində ilk dəfə birincilik mükafatı qazandı. 34 ölkədən gənclərin yarışdığı, milli koordinasyasını TÜBİTAK-ın davam etdirdiyi yarışmada Türkiyə 6 layihə ilə təmsil edildi və bu layihələrdən 5-i mükafata layiq görüldü.

"Habertürk": 8 ayda 11,8 milyon dollarlıq çay ixrac edildi

Türkiyə 2021-ci ilin yanvar-avqust dövründə 110 ölkəyə çay ixracından 11 milyon 898 min 412 dollar qazandı. Belçika, Almaniya, ABŞ, KKTC, Fransa və Hollandiya çay satışından ən çox gəlir əldə edilən ölkələr oldu.

"Star": Ampute Futbol Milli Komandasından Nəhəng Zəfər!

Türkiyə Amputant Futbol Milli Komandası 2021 EAFF Avropa Amputant Futbol Çempionatının finalında İspaniyanı 6-0 məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu oldu.



Әlaqәli Xәbәrlәr