Türkiyә mәtbuatı: 12 iyul 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1673746
Türkiyә mәtbuatı: 12 iyul 2021

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Әrdoğan Srebrenitsa soyqırımı ilә әlaqәdar açıqlama verәrәk deyib: ‘‘İcazә vermәyәcәyik’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Bosniya vә Herseqovinada Srebrenitsa soyqırımının 26-cı ildönümü ilә әlaqәdar tәşkil edilәn mәrasimә videomesaj vasitәsilә qatılaraq deyib: ‘‘Avropa vә bәşәriyyәt tarixinә qara lәkә kimi düşәn Srebrenitsa soyqırımının arxa plana atılmasına icazә vermәyәcәyik’’.  

‘‘Yeni Şafak’’: Әrdoğan Beynәlxalq Şimali Kıbrıs Mәdәniyyәt vә İdman fetivalında iştirak edәcәk

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Kıbrıs Sülh Hәrәkatının 47-ci ildönümü münasibәtilә Lefkoşada 16-19 iyul tarixlәrindә keçirilәcәk Beynәlxalq Şimali Kıbrıs Mәdәniyyәt vә İdman festivalında nazirlәr vә keçmiş futbolçulardan ibarәt ‘‘Şöhrәt yığması’’ matçında oynayacaq. Rәcәb Tayyib Әrdoğan matçdan әvvәl әhәmiyyәtli bәyanatlar verәcәk.

‘‘Habertürk’’: Milli müdafiә naziri Hulusi Akar yunanıstanlı hәmkarına reaksiya göstәrib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Yunanıstan müdafiә naziri Nikolaus Panagiotopulosun Türkiyә ilә bağlı bәyanatına reaksiya göstәrәrәk deyib: ‘‘Yunanıstan tәhrikedici, qanunsuz, özünün imzaladığı müqavilәlәrә belә riayәt etmәyәn vә gәrginliyin sәviyyәsini artıran mövqeyini davam etdirir’’.

‘‘Hürriyet’’: Adil Karaismailoğlu әhәmiyyәtli bәyanatlar verib

Nәqliyyat vә infrastruktur naziri Adik Karaismailoğlu Dövlәt Hava Limanlarına Nәzarәt Mәrkәzinin  ilin ilk altı ayında hәyata keçirilәn uçuşlara nәzarәt mәsәlәsindә birinci yerdә qәrarlaşdığını bildirib.

‘‘Star’’: Türkiyә dәniz mәhsulları ixracında rekorda imza atıb

Türkiyә 2020-ci ilin yanvar-iyun aylarında 457 milyon 919 min dollar mәblәğindә dәniz mәhsulu ixrac edib. Hәmin ilin eyni dövründә isә ixrac 42 % artaraq 649 milyona çatıb.



Әlaqәli Xәbәrlәr