Türkiyə mətbuatı, 28 iyun 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1665721
Türkiyə mətbuatı, 28 iyun 2021

"Yeni Şafak": Addım-addım normallaşma

1 iyulda başlayacaq tədricən normallaşmanın təfərrüatları açıqlandı. Daxili İşlər Nazirliyi iyulun 1-dən etibarən ölkədə yeni növ koronavirusa (COVID-19) qarşı aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, iyulun 1-dən fəaliyyətlərinə fasilə verilən bütün iş yerləri, o cümlədən kinoteatrların fəaliyyəti bərpa olunacaq.  Bu çərçivədə kafe, restoran və digər yeməkxanalarda müştəri məhdudiyyəti qoyulmayacaq, nikah salonları, şadlıq evlərinin qapalı məkanlarında tətbiq olunan "Covid-19"la mübarizə tədbirləri xaric, qonaq sayında məhdudiyyət qoyulmayacaq, konsert salonları və festivalların fəaliyyətinə müəyyən edilmiş tədbirlər çərçivəsində icazə veriləcək. Parklar, bağçalar, düşərgələr, gəzinti, istirahət yerlərində tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılacaq. Bununla yanaşı, qəlyan salonları və qəlyan istifadə edilən kafelərin fəaliyyətinə verilən fasilə yeni qərar qəbul edilənə qədər qüvvədə olacaq, qəlyan xidməti göstərilməyəcək.

"Haber Türk": "Qara dənizdə yeni təbii qaz kəşfləri an məsələsidir

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez təbii qaz sahəsində bu il çatmıyacağı təqdirdə, gələn ilin ilk rübündə Qara dənizdə kəşfiyyat məqsədli daha bir qazma fəaliyyəti planlaşdıracaqlarını açıqlayıb. Qara dənizin məhsuldarlıq baxımından ciddi potensiala sahib bir bölgə olduğunu ifadə edən Dönmez "Mövcud məlumatlar kimi məlumatlarla qarşılaşsaq, şimal-qərbdə yerləşən sahədə də bir kəşfiyyat aparılacağına dair açıqlama yaya bilərik" deyib.

"Hürriyet": Türkiyənin rəqəmsal bazarla əlaqədar qanunu qəbul ediləcək

Türkiyədə Rəqəmsal Bazar Qanununa hazırlıqlar davam edir. Tənzimləmənin 2022-ci ilin birinci yarısında həyata keçirilməsi hədəflənir. Rəqəmsal Bazar Qanununun həm istehlakçını həm də satıcını qoruyan bir qanun olacağını ifadə edən Rəqabət Təşkilatı başçısı Birol Küle "Avropa İttifaqı (Aİ) Parlamenti və Almaniyadan sonra ilk olacağıq" deyib.

"Sabah": “ABŞ şirkətlərinin  Şimali Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) marağı artıb

Amerika Türk İş İnkişafı Şurasının (ATBD Counsil) fəxri prezidenti Uğur Terzioğlu Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında Brüsseldə keçirilən görüşlərdən sonra Türkiyənin ABŞ-a ixracının sürətlə artdığını söyləyib. Terzioğlu Şimali Kıbrıs Türk Cümhuriyyətinin ABŞ ilə asanlıqla ticarət edə biləcəyini və məşhur ABŞ şirkətlərinin KKTC-də ofis açdıqlarını ifadə edib.

"Star": Göbəklitəpə dünyada daha populyar bir məkana çevriləcək

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya İrsi Siyahısına daxil olan, dünyanın ən qədim yaşayış yeri olan Göbəklitəpə ətrafında bir sıra digər əhəmiyyətli mərkəzlər də aşkar edilmişdir. Göbəklitəpə ətrafında 100 kilometrlik bir xəttdə aşkar edilmiş 11 nöqtə təpədə işlər tamamlanmaq üzrədir. Sentyabr ayında bölgə haqqında təqdimat olacaq.



Әlaqәli Xәbәrlәr