Türkiyə mətbuatı, 25 may 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1645063
Türkiyə mətbuatı, 25 may 2021

"Yeni Şafak": "Prezident Ərdoğan: "Türkiyə tarixində ilk"

Prezident Rəcəb Tayyib Ərdoğan, Polşa Prezidenti Andrey Sebastian Duda ilə iki ölkə arasında müqavilələrin imzalanmasından sonra keçirdiyi birgə mətbuat konfransında,  "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatı (SİHA) ixracatı ilə əlaqədar verdiyi bəyanatında son 19 ildə müdafiə sənayesində atdıqları addımlarla Türkiyəni bu sahədə nəhənglər liqasına daxil etdiklərini vurğulayıb və deyib ki, Türkiyə tarixində ilk dəfə olaraq NATO və Avropa İttifaqına (Aİ) üzv bir ölkəyə pilotsuz uçuş aparatı (SİHA) ixrac edəcək.

"Star": Duda: Türkiyə bölgədəki ən güclü müttəfiqimizdir

Polşa Prezidenti Duda “Əminəm ki, ticari əməkdaşlığımız bizi hədəf aldığımız 10 milyard dollarlıq ticarət həcminə qovuşduracaqdır. Türk pilotları səmalarımızı qoruduğu üçün Prezident Ərdoğana təşəkkür etdim. İnanıram ki, NATO çərçivəsində iki ölkə daxilində və xaricində olan təhdidlərin qarşısını ala bilərik. Türkiyə dünyanın bu bölgəsindəki ən güclü müttəfiqimizdir" deyib.

"Sabah": Qara dənizdən yeni təbii qaz müjdəsi

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez Sakarya Qaz Sahəsindəki son vəziyyətlə əlaqədar açıqlama verərək, Qara dənizdəki yeni araşdırmalara diqqət çəkib və "Yeni xəbərlərlə əlaqədar iyun ayını gözləyək. Filyos Qara dənizin dərin dəniz qazma işlərinin mərkəzi qərargahı olacaq" deyib.

"Habertürk": Türkiyədən Çinə 6-cı və 7-ci ixrac qatarları yola düşdü

41 konteynerdən ibarət qatar yerli istehsal olan MDF örtülü lövhə yükü daşıyır. Türkiyədə 1876, Gürcüstanda 220, Azərbaycanda 430, Xəzər dənizində 420, Qazaxıstanda 3200 və Çində 2100 kilometr yol qət edərək Çinin Şian şəhərinə çatacaq qatar 8693 kilometr yolu təxminən 2 həftəyə qət edəcək.

"Hürriyet": Turistlər məhdudiyyətlərə baxmayaraq Türkiyədən vaz keçmirlər

Türkiyə Otelçilər Federasiyası (TÜROFED) sədri Sururi Çorabatır koronavirusla bağlı bütün məhdudiyyətlərə baxmayaraq Türkiyəyə gələn qonaqların ölkələrinə böyük xoşbəxtlik və inamla döndüklərini ifadə edərək "Qonaqlarımız ilkin növbədə gördüyümüz tədbirlərin əhatəsini görür və göstərdiyimiz xidmətin keyfiyyətini bildikləri üçün ölkələrinin gördükləri məhdudiyyətlər qarşısında seçimləri Türkiyə olur".



Әlaqәli Xәbәrlәr