Türkiyə mətbuatı,12 may 2021

Türkiyənin informasiya vasitələrində gündəmə dair əks edən xəbərlərin xülasəsi

1638290
Türkiyə mətbuatı,12 may 2021

“Vətən”: Çavuşoğlu: “Birləşmiş Millətlər Təşkilatını (BMT) fövqəladə toplantıya dəvət etdik”

Xarici işlər naziri Mövlud Çavuşoğlu, BMT-ni daha əvvəl də İsrailin Məscidül-Əqsa və Qəzzaya yönəlik hücumları ilə əlaqəli təcili toplantıya çağırdıqlarını xatırladaraq: “Hər zaman qınayırıq, lakin ümmət daha konkret addım atmağımızı gözləyir. Daha hücumların qarşısını almağın vaxtı gəlib çatdı. Fələstin xalqının hüquqlarını beynəlxalq hüquq nomları çərçivəsində qorumaq məcburiyyətindəyik. İki dövlətli həll yolundan imtina edilməməlidir.

“Sabah”: “Fələstindən Türkiyəyə təşəkkür”

 Fələstinin Ankaradakı səfiri Dr. Faed Mustafa Prezident Rəcəb Tayyib Ərdoğanın və Türk xalqının İsrail zülmünə qarşı həmişə konkret mövqe nümayiş etdirdiyini, Türkiyənin Fələstin xalqının ümidi olduğunu qeyd edib.

Səfiri Dr. Faed Mustafa: “Fələstin dövləti adından başda prezident Ərdoan olmaqla Qüds şəhəri və Əl-Əqsa Məscidinin işğalına son qoyulması tələbibizə dəstək məqsədi ilə küçələrə axışan Türkiyə xalqına salamlarımı və təşəkkürlərimi bildirirəm.

“Haber Türk”: İnstagramın İsrail senzurasına reaksiya

Ədalət və İnkişaf Partiyası (AK Partiya) sözçüsü Ömər Çəlik, İnstaqramın Baykar Texniki Meneceri Səlçuk Bayraktarın Məscid-i Əqsada yanğın zamanı şadlıq edən Yəhudilərin görüntülərini paylaşmasına senzura tətbiq etməsinə: “Kin-küdrəti inama çevirənlər məbəd yanğınını qeyd edirlər. Sosial media bu nifrətlə mübarizə aparanlara senzura tətbiq edir. Lakin nifrət nitqinə qarşı mübarizəmiz davam edəcək” deyərək reaksiya verib.

 “Yeni Şafak”: Ağ Ev sözçüsü TRT World müxbirinin Fələstin ilə əlaqəli ünvanladığı suala cavab verməkdə çətinlik çəkdi

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət departamentinin sözçüsü Ned Price TRT Word telekanalının Ağ Ev müxbiri Yunis Paksoyun “Fələstin” mövzusu ilə əlaqəli ünvanladığı suala cavab verməkdə çətinlik çəkdi. Sözçü İsrailin zülmü ilə əlaqəli sual qarşısında bir müddət sakit qalsa da hadisələri birbaşa qınamadı.

“Hürriyet”: Prezident administrasiyasından 5 kritik mesaj

Prezident administrasiyasının sözçüsü İbrahim Kalın Hürriyyət qəzetinə müsahibəsində: “ABŞ-a F-35 döyüş təyyarələri ilə əlaqəli təklifimizi yeniləyirik. Rusiyadan aldığımız S-400 hava hücumundan müdafiə sistemləri məsələsini danışıqlar yolu ilə həll edə bilərik. Liviyadakı müqavilələrə (dəniz yurisdiksiyası) sadiq qalacayıq. Beynəlxalq ictimaiyyət İsrail zülmünə biganə qalmamalıdır. Suriya dövlət başçısı Bəşər Əsədlə görüşümüz söz mövzusu deyil. Avropa İttifaqı (Aİ) ilə əlaqələrimiz tamamilə onlardan asılıdır”.



Әlaqәli Xәbәrlәr