Türkiyә mәtbuatı: 28 aprel 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1629677
Türkiyә mәtbuatı: 28 aprel 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: TBMM ABŞ prezidenti Co Baydenin  1915-ci il hadisәlәrini ‘‘soyqırım’’  adlandırmasına reaksiya göstәrib.

Türkiyə Böyük Millət Məclisi (TBMM) ABŞ prezidentinin 24 aprel tarixli açıqlamasında həqiqəti əks etdirməyən ədalətsiz ifadələr səsləndirməsini, eləcə də saxta “erməni soyqırımı” ilə bağlı ifadə işlətməsini kəskin şəkildə pisləyən açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, ABŞ Prezidentinin 1915-ci il hadisələri ilə bağlı işlətdiyi fikirlərin tarixi və hüquqi əsası yoxdur. Ona görə də bu ifadələr Türkiyə üçün yox kimidir.

Açıqlamada bildirilib ki, Birinci Dünya müharibəsi çərçivəsində ağır fəsadlara gətirib çıxaran hadisələrdən 106 il sonra məsuliyyətsiz bir açıqlamanın ortaya çıxmasının səbəbi tarixi sənədlərin və beynəlxalq hüququn dəyişməsi deyil, ABŞ rəhbərliyinin radikal erməni lobbisinin təzyiqlərinə boyun əyməsidir. Tarixi həqiqətlərlə uzlaşmayan bu açıqlama xalqlar arasında yaxınlaşma yaratmayan ağılsız və məsuliyyətsiz addımdır.

‘‘Sabah’’: Ömәr Çelik Co Baydenin açıqlamasına reaksiya göstәrib

Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik Amerika Birlәşmiş Ştatları prezidenti Co Baydenin 1915-ci il hadisәlәrini qondarma ‘‘soyqırım’’ adlandırmasına reaksiya göstәrib. Ömәr Çelik deyib: ‘‘Hüquqi әsası olmayan vәziyyәtlә üz-üzәyik. Tamamilә yanlış bir ifadәdir’’.

‘‘Vatan’’: Nazir Ersoy: ‘‘Turizm sektorunun tәmsilçilәrinә  may ayının sonunadәk peyvәnd tәtbiq olunacaq’’

Mәdәniyyәt vә türizm naziri Mehmet Nuri Ersoy  dünәn Ukraynanın mәdәniyyәt vә informasiya siyasәti üzrә naziri Oleksand Tkaçenko ilә Antalyada görüşüb. Nazir Mehmet Nuri Ersoy turizm sektorunda işlәyәnlәrә may ayının sonunadәk peyvәnd tәtbiq olunacağını deyib.

‘‘Star’’:Yerli vә milli imkanlarla hazırladığı tank daşıyıcısı Şimali Makedoniyaya tәhvil verilib

Türkiyә müdafiә sәnayesinin yerli vә milli imkanlarla hazırladığı tank daşıyıcısı Şimali Makedoniya ordusuna tәhvil verilib. Şimali Makedoniyanı Türkiyәnin  Balkan ölkәlәrindәki әhәmiyyәtli tәrәfdaşı adlandıran Türkiyәnin Şimali Makedoniyadakı sәfiri Hәsәn Mehmet Sekizkök deyib:  ‘‘Çoxşaxәli münasibәtlәrimizi bütün sahәlәrdә inkişaf etdirmәyi hәdәflәyirik’’.

‘‘Haber Türk’’: Әn çox ixrac Hollandiyaya hәyata keçirilib

Türkiyə Dövlət Statistika İdarәsinin  hesabatına görə, Türkiyә keçәn il bir milyard dollar mәblәğindә dәniz mәhsulları ixrac edib. Bu çәrçivәdә әn çox ixrac Hollandiya hәyata keçirilib.



Әlaqәli Xәbәrlәr