Türkiyə mətbuatı, 16 mart 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1622362
Türkiyə mətbuatı, 16 mart 2021

"Sabah": Xarici işlər naziri Mövlud Çavuşoğlunun Misir açıqlaması

Xarici işlər naziri Mövlud Çavuşoğlu may ayının əvvəlində Türkiyədən bir heyətin Misirin dəvətinə görə bu ölkəyə gedəcəyini söylədi. Çavuşoğlu iki ölkə arasında ilk növbədə kəşfiyyatlar arasında açılan kanalın xarici işlər nazirlikləri vasitəsilə davam etməsi barədə razılığa gəlindiyini bildirdi.

"Vatan": Zelenskinin vətəndaşlarına Türkiyə çağırışı

Ukraynaya olan dəstəyinə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edən Ukrayna prezidenti Vladimir Zelenski "Prezident Ərdoğanı Ukraynanı, müvəqqəti işğal olunmuş ərazilərimizi, Krımı dəstəkləməsi əhəmiyyətlidir" dedi. Zelenski ayrıca Ukrayna vətəndaşlarını Türkiyəyə tətilə getməyə çağırdı.

"Haber Türk":  Turizmçilər iyun ayından tutmuş Rusiyadan ciddi   tələb gözləyir

Türkiyə Səyahət Agentlikləri Dərnəyinin (TÜRSAB) sədri Firuz Bağlıkaya Rusiyadan iyun ayından başlayaraq Türkiyə üçün yüksək tələbatın olacağını və mövsümün oktyabr və noyabr aylarını da əhatə edəcək tərzdə payız aylarına uzanacağını gözlədiklərini söylədi.

"Hürriyət": THY-nin "Boeing 737-MAX" iki ildən sonra ilk uçuşunu reallaşdırdı

Türk Hava Yolları (THY) milli və beynəlxalq aviasiya səlahiyyətliləri tərəfindən lazımi uçuş təsdiqlərini aldıqdan sonra "TC-LCA" quyruq təsqidli "Boeing 737 MAX" tipli təyyarələr iki ildən sonra paytaxt Ankaraya ilk uçuşunu həyata keçirdi. 

"Star": DHMİ hava trafik xidmətində Avropada birinci yerdədir

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) yaydığı məlumata görə, bu ilin ilk üç ayında Dövlət Hava Limanları İdarəsi (DHMİ) Hava Trafik Mərkəzi Avropanın aparıcı Hava Trafik İdarəetmə Mərkəzlərini geridə qoyaraq birinci yeri tutdu.



Әlaqәli Xәbәrlәr