Türkiyә mәtbuatı: 14 aprel 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1620825
Türkiyә mәtbuatı: 14 aprel 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yenişafak’’: Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyәdә karantin rejimi qismәn sәrtlәşdirilir’’

Türkiyәdә koronavirusla mübarizә tәdbirlәri çәrçivәsindә karantin rejimi qismәn sәrtlәşdirilir.Bu barәdә Türkiyә prezidemnti Rәcәb Tayyib Әrdoğan mәlumat verib. Mәlumata görә, qapanma Ramazan ayının ilk iki hәftәsini әhatә edәcәk. Rәcәb Tayyib Әrdoğan qeyd edib ki, hәftәsonu qadağaları qüvvәdә saxlanılıb, hәftәiçi küçәyә çıxma qadağası isә yerli vaxtla saat 19.00-dan 05.00-dәk qüvvәdә olacaq. Mәlumatda bildirilib ki, şәhәrlәrarası sәyahәtә dә  qadağa qoyulub.

‘‘Hürriyet’’:  Әfqanıstan sülh prosesi ilә bağlı iclas İstanbulda keçirilәcәk

Әfqanıstanda sülhün tәmin olunması ilә bağlı iclas Türkiyәnin İstanbul şәhәrindә keçirilәcәk. İclasın 24 aprel-4 may tarixlәri arasında baş tutacağı bildirilib. Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamaya görә, iclasın mәqsәdi әdalәtli vә davamlı siyasi hәll yolunun tapılması üçün Dohada davam etdirilәn әfqanlararası müzakirәlәri sürәtlәndirmәkdir.

‘‘Star’’: Türkiyә külәk enerjisinә yatırdığı investisiyalarla Avropada ilk beş ölkә arasındadır

Türkiyә külәk enerjisinә yatırdığı 1 milyard dollarlıq investisiyası ilә 2020-ci ildә bu sahәyә әn çox investisiya yatıran ölkәlәr arasındadır.

‘‘Vatan’’: Van gölünün kosmosdan çәkilmiş fotoşәkli birinci yerdә qәrarlaşıb

ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsi– NASA-nın təşkil etdiyi "Dünya turniri" onlayn səsverməsində Türkiyənin Van gölünün kosmosdan çəkilmiş fotoşəkli birinci olub. 2016-cı ildə baş tutan onlayn səsvermədə astronavt Keyt (Kate) Rubins tərəfindən çəkilən  Van gölünün fotoşəkli "Dinclik" kateqoriyasında birinci yeri tutaraq yarımfinala yüksəlmişdi. Van gölünün kosmosdan çəkilmiş fotoşəkli  Amerika qitəsi üzərində çəkilən "hərəkət halındakı ulduzlar" ilə yarışırdı.

‘‘Sabah’’: Rusiyalı turistlәr Türkiyәyә  uçuşların mәhdudlaşdırılmasına  reaksiya göstәrib

Rüriyalı turistlәr Türkiyәyә uçuşların mәhdudlaşdırılmasına reaksiya göstәrib. İnternet sәhifәlәri vasitәsilә öz reaksiyalarını bildirәn turistlәr qәrarın lәğv edilmәsi üçün imza kampaniyası başladıb.



Әlaqәli Xәbәrlәr