Türkiyә mәtbuatı: 9 aprel 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1617727
Türkiyә mәtbuatı: 9 aprel 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Prezident Rәcәb Tayyib Әrdoğan yerli peyvәndlә bağlı bәyanat verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünәn D-8 tәşkilatının 10-cu zirvә görüşündә yeni növ koronavirus epidemiyasına qarşı hazırlanan yerli peyvәndlә bağlı deyib: ‘‘Türkiyәnin hazırladığı peyvәnd  insanlar üzәrindә sınaqdan keçirilib.Peyvәndimiz bütün insanlığın istifadәsinә tәqdim olunacaq’’.

‘‘Star’’: Almaniyanın FAZ qәzeti: ‘‘Türkiyәnin SPUA-rı Almaniya ordusunu tәdbir görmәyә mәcbur etdi’’

Almaniyanın Frankfurt Allgemeine Zeitung qәzeti Azәrbaycan tәrәfindәn istifadә edilәn Türkiyәnin silahlı pilotsuz uçuş aparatlarının 190-dan çox Ermәnistan tankını vә zirәhli texnikasını mәhv etmәsi ilә bağlı yaydığı xәbәrdә bunun Almanya ordusunda şok tәsiri yaratdığını bildirib. Frankfurt Allgemeine Zeitung qәzetinin yaydığı mәqalәdә Türkiyәnin silahlı pilotsuz uçuş aparatlarının bu uğurlarının Almaniya ordusunu tәdbir görmәyә mәcbur etdiyi vurğulanıb.

‘‘Yeni Şafak’’: Türkiyә 95 ölkәyә çay ixrac edib

Türkiyәdәn  2021-ci ilin yanvar-mart ayları arasında 95 ölkәyә ixrac etdiyi çay keçәn ilin eyni dövrü ilә müqayisәdә 33 faiz artıb. Çay ixracından 5 milyon 124 min dollar gәlirin әldә olunduğu bildirilib.

‘‘Hürriyet’’: ‘‘La Liqa’’ Kappadokiyanın görüntülәrinin yer aldığı video yayımlayıb

İspaniyanın ‘‘La Liqa’’ futbol liqası ‘‘Real Madrid’’ ilә ‘‘Barselona’’ komandaları arasında aprelin 10-da baş tutacaq matçdan әvvәl Türkiyәnin Kappadokiya şәhәrinin görüntülәrinin yer aldığı video yayımlayıb.

‘‘Haber Türk’’: XX Boston film festivalı aprelin 15-dә başlayır

XX Boston film festivalı  15-30 aprel tarixlәri arasında Amerika Birlәşmiş Ştatlarında keçirilәcәk.

Yeni növ koronavirus epidemiyası sәbәbindәn onlayn qaydada keçirilәcәk festivalda Türkiyә kinosunun müxtәlif janr vә mövzularda çәkilmiş nümunәlәri nümayiş olunacaq.

Mәlumata görә, festival çәrçivәsindә Reha Erdemin ‘‘Seni Buldum Ya!’’, Reis Çelikin ‘‘Ölü Ekmeği’’, Ercan Kesalın ‘‘Nasipse Adayız’’, Serhat Karaaslanın ‘‘Görülmüstür’’, Tankut Kılıçın ‘‘Dersaadet Apartmanı’’, Ümit Ünalın ‘‘Aşk,Büyü vs’’ vә Barış Atayın ‘‘Aden’’ adlı uzunmetrajlı filmlәri, hәmçinin Deniz Tortumun ‘‘Maddenin Halleri’’ Elizabeth Lonun ‘‘Saray’’ adlı sәnәdli filmlәri nümayiş olunacaq.

Festivalda uzunmetrajlı filmlәrlә yanaşı 2006-cı ildәn etibarәn mükafata layiq görülәn filmlәr dә nümayiş olunacaq.

Boston Film Festivalı proqramı ilә bağlı daha әtraflı mәlumatı "www.BostonTurkishFilmFestival.org" sәhifәsindәn әldә edә bilәrsiniz.



Әlaqәli Xәbәrlәr