Türkiyə mətbuatı, 1 aprel 2021

Türkiyə informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1612560
Türkiyə mətbuatı, 1 aprel 2021

 

“Hürriyet”: Ərdoğan: “Ramazan bayramından sonra Azərbaycanın Şuşa şəhərinə səfər edəcəyəm”.

Prezident Rəcəb Tayyib Ərdoğan Türk Şurası Dövlət Başçıları sammitində etdiyi çıxışında bu barədə danışıb. Prezident qeyd edib ki, Dağlıq Qarabağdakı Türk irsinin qorunması üçün hər vasitə ilə Azərbaycanın yanında olmağımız vacibdir. Ramazan bayramından sonra Şuşanı ziyarət edərək yeni bir bayram yaşamaq istəyirəm.

“Sabah”: Türkiyədən ABŞ-a sərt reaksiya

 Türkiyə Dövlət Departamenti ABŞ-ın qalmaqallı İnsan hüquqları hesabatına sərt reaksiya verib. Xarici İşlər Nazirliyinin açıqlamasında: “Demokratiyamızı hədəfə götürərək yüzlərlə vətəndaşımızın şəhid olmasına səbəb olan 15 iyul xain çevriliş cəhdinin əsas cinayətkarı Güləndən və terror təşkilatı FETÖ-dan bu ilki hesabatda yenə “Gülən hərəkatı” deyərək söz aparılması ABŞ-nın bu terror təşkilatına qarşı apardığımız ədalətli mübarizəmizin idrakında olmadığının bunun terror təşkilatı olduğuna dair konkret dəlilləri görməməzlikdən gəldiyinin, hesabatı hazırlayarkən bilinən dairələrin fikirlərinə təslim olunduğunun göstəricisidir”.

“Star”: Nazir Varank-dan yerli peyvəndə dair məlumat

 Sənaye və Texnologiya Naziri Mustafa Varank yenilikçi yerli peyvəndin hazırlanmasına dair edilən işlər ilə  əlaqəli  açıqlamasında: “Bütün mərhələlər uğurla tamamlanarsa ilin sonunda 50 milyon doza tutuma sahib peyvəndə namizədimiz olacaq”.

“Habertürk”: Fatih Türkali-2 quyusunda 3 min 950 metr  dərinliyə  çatılıb

 Fatih qazma gəmisi, Sakarya Qaz Sahəsindəki ikinci dərin dəniz quyusu olan Türkali-2-də 3 min 950 metr dərinliyə qədər çataraq qazma işini uğurla tamamlayıb.

“Yenişafak”: THY-dən sərnişinlərinə pulsuz xidmət

Türk Hava Yolları (THY), sərnişinlərin "PressReader" tətbiqi ilə fərqli ölkələrdə çıxan müxtəlif qəzet və jurnallardan pulsuz istifadə edəbiləcəklirini bildirib. Məlumata görə sərnişinlər uçuş vaxtından 24 saat əvvəl və səyahət bitdikdən 24 saat sonra tətbiqdəki bütün məzmuna pulsuz daxil ola biləcəklər.



Әlaqәli Xәbәrlәr