Türkiyə mətbuatı, 24 fevral 2021

Türkiyə mətbuatında gündə dair dərc olunan bəzi xəbərlərin xülasəsi

1589529
Türkiyə mətbuatı, 24 fevral 2021

“Hurriyet”: Türkiyə peyvənd olanların sayı baxımından dünya ölkələri arasında 7-ci sırada

Dünyada koronavirus əleyhinə vaksinasiya 13 dekabrda, Türkiyədə isə 14 yanvarda başladı. Türkiyə bu müddət ərzində dünyada vaksinasiya olanların sayı baxımından 7-ci sırada qərarlaşaraq Avropa zonası ölkələrini üstələdi. Dünyada hər 100 nəfərdən 2.63 koronavirus əleyhinə peyvənd olunarkən, Türkiyə vətəndaşlarının 7.75%-i peyvənd olunub.

“Vətən”: Türkiyədən ‘Hazırıq’ açıqlaması

Xarici işlər naziri Mevlut Çavuşoğlu, Türkmənistan qazının Türkiyə üzərindən Avropa ya çatdırılması üçün lazımlı addımları atmaqda hazır olduqlarını bildirib.

“Sabah”: Türk aviasiya tarixində rekord

Türkiyənin ilk yerli və milli silahlı pilotsuz uçuş aparatı “Bayraktar TB2”, 300 min saatlıq uçuşunu uğurla tamamlayaraq Türk aviasiya tarixində yeni bir rekord qırdı.

“Star”: Türkiyənin dəstəyi ilə hərbi gəmi inşa edəcəklər

 Hindistan dövlət şirkəti “Hindustan Tərsanəsi”, hərbi gəmi inşa etmək üçün hazırlıqlara başladı. 1,5-2 milyard dollarlıq layihə çərçivəsində istifadə olunacaq texnologiya İstanbulun Tuzla şəhərindəki Anadolu Tərsanəsindən təmin ediləcək.

“Yenisafak”: Türkiyəyə tətil paketi satışlarında artım qeydə alınıb.

İngiltərədə 8 Mart - 21 İyun tarixləri arasında planlaşdırılan normallaşma təqviminə dair xəbərlər yayıldıqdan sonra xaricə tətil paketi satışlarında 630% artım qeydə alındı. Bildirilir ki, İngiltərədə istirahət üçün seçilən ölkələrin başında Türkiyə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr