Türkiyə mətbuatı, 22 yanvar 2021

Türkiyə informasiya vasitələrində gündəmə dair dərc olunmuş bəzi xəbərlərin xülasəsi

1568837
Türkiyə mətbuatı, 22 yanvar 2021

“Sabah” :Türkiyə Kovid-19 peyvəndini vurulanların sayı baxımından ilk 10 ölkə arasında iştirak edir.

Türkiyədə yeni növ koronavirus (Kovid-19) epidemiya müddətində həm xəstəxana xidmətləri, həm də peyvənd tətbiqi baxımından dünya ölkələri üçün nümunə təşkil etməkdə davam edir. Türkiyə Kovid-19 peyvəndinin ən çox tətbiq edildiyi 10 ölkə arasında yer tutub.

“Yenişafak”: Çavuşoğlu Türkiyə-Aİ münasibətlərində müsbət atmosfer yaradmağın əhəmiyyətinə diqqət çəkib.

Xarici işlər naziri Mevlut Çavuşoğlu Brüsselə səfəri çərçivəsində verdiyi açıqlamada Türkiyə-Aİ əlaqələri ilə bağlı müssbbət addımlar atmağın vacib olduğunu və bunun daimi olmasının lazım gəldiyini qeyd edib.

“Star”: Albaniyadan Ərdoğana jest

 Albaniyada bir polifonik musiqi qrupu Prezident Rəcəb Tayyib Ərdoğan üçün ənənəvi mahnı bəstələyib. YouTubeda yayımlanan mahnıda Türkiyə Prezidenti Ərdoğanın Albaniyaya güçlü dəstəyinə diqqət çəkilib. Laçın və Kurbin şəhərində zəlzələ qurbanları üçün inşa edilən tikintilər və Fierada tikiləcək xəstəxana da mahnının sözləri arasında yer tutub.

“Vətən”: Bayraktar və Anka yaxın tarixdə Avropa səmasında olacaq

 Sənaye və Texnologiya Naziri Mustafa Varank, xüsusilə son 5 ildə sənaye sahəsində həyata keçirilən layihələr ilə Türkiyənin qısa müddətdə müdafiə sənayesinin nəhənglər liqasına daxil olacağını vurğulayıb və Avropa ölkələrinin də Türkiyədən Bayrakdarlar ilə Ankalar (Pilotsuz uçuş aparatları) satın alacaqlarına əminliyini bildirib.

“Habertürk”: Nazir Dönmezin sözlərinə görə TANAP-dan(Trans Anadolu qaz boru kəməri) bu günə qədər təxminən 9,1 milyard kubmetr qaz daşınıb.

Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez, Azərbaycan ilə Türkiyə arasında enerji sahəsindəki əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək “TANAP”-dan 4.9 milyard kubmetri 2020-ci ildə olmaqla bu günə dək 9.1 milyard kubmetr qaz daşındığını qeyd edib.



Әlaqәli Xәbәrlәr