Türkiyә mәtbuatı: 3 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasasi.

1520736
Türkiyә mәtbuatı: 3 noyabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasasi.

 

‘‘Yeni Şafak’’: Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Eliflә bağlı paylaşım edib.

İzmirdә baş verәn zәlzәlәdәn 65 saat sonra 3 yaşlı Elif Perinçek dağıntılar altından çıxarılmışdı. Elifin xәstәxanada çәkilmiş fotolarını rәsmi internet sәhifәsindә paylaşan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Sәni, qardaşların Elzem vә Ezeli, İdili, İnciyi vә bir çox evladımızı qoruyan Allaha şükürlәr olsun’’.

‘‘Sabah’’: ''Fatih''  gәmisi Türkali-1 quyusuna çatıb

Enerji vә Tәbii Sәrvәtlәr Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn bәyanatda  ''Fatih'' axtarış-kәşfiyyat gәmisinin Türkali-1 quyusuna çatdığı bildirilib. Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Fatih’’ gәmisi axtardığı quyunu tapdı. Hazırda ilk quyunu qazacaq’’.

‘‘Vatan’’: Nazir Berat Albayrak Türkiyә iqtisadiyyatı ilә bağlı bәyanat verib

Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak deyib: ‘‘Daha çox istehsal, daha çox ixrac hәdәfi ilә yolumuza әmin addımlarla davam edirik. Oktyabr ayında ixrac hәcmi keçәn ilin eyni dövrü ilә müqayisәdә 5,6 artıb. Belәliklә ölkә tarixinin әn yüksәk ixrac rәqәmini әldә etdik’’.

‘‘Star’’: ‘‘Türkish Cargo’’ ‘‘Best Cargo Airline-Europe’’ mükafatına layiq görüldü

‘‘Türkish Cargo’’ bu il 36-cı dәfә tәşkil etdiyi Air Cargo Naws Awards 2020-dә Avropanın әn yaxşı karqo şirkәti seçilәrәk ‘‘Best Cargo Airline-Europe’’ mükafatına layiq görüldü.

‘‘Hürriyet’’: Oktyabrda Ukrayna möcüzәsi

Antalyaya oktyabr ayında 700 min 90, 10 aylık dövrdә isә 3 milyon 276 min 627 turist gәlib.Rusiyadan bu il Antalyaya 1 milyon 402 turist gәlib. Oktyabr ayında isә Türkiyәyә 102 min ukraynalı turist gәlib.



Әlaqәli Xәbәrlәr