Türkiyə mətbuatı, 19 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1511564
Türkiyə mətbuatı, 19 oktyabr 2020

"Haber Türk": Prezident Ərdoğanın verdiyi açıqlamalar
Prezident Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin Ermənistanın hücumları qarşısında Azərbaycanın yayında olmadığını söyləyib. 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının Şırnak təşkilatının konfransındakı çıxışında Minsk üçlüyünün (ABŞ, Rusiya, Fransa) Ermənistana silah dəstəyi verdiyini qeyd edərək deyib:
"İkinci dəfə atəşkəs elan olunsa da, Ermənistan yenə Azərbaycana hücum etdi. Avropa hələ də səsini çıxarmır, Türkiyə isə susmayacaq. Biz haqqın və haqlının yanındayıq".
"Hürriyet": Türkiyədən Yunanıstana cavab
Türkiyə Yunanıstan Xarici İşlər Nazirliyinin Egey və Aralıq dənizindəki axtarış və xilasetmə məsuliyyət sahəsinin genişlədilməsilə əlaqədar verdiyi açıqlamanı "əsassız" olaraq xaakterizə edib. Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy "Axtarış və xilasetmə sahələri suverenlik deyil, xidmət sahələridir. Bu baxımdan, Yunanıstanın öz ərazi sularını əhatə etməyən və bu ərazini suverenliyinin pozulması olaraq insan həyatının xilas edilməsi və qorumağa yönəlmiş iddiası, qanunlardan və insani düşüncələrdən uzaqdır" deyib.
"Vatan": Çavuşoğlu Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Prezidenti seçilən Ersin Tatarı təbrik edib
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti seçilən Ersin Tatarı təbrik edib. Nazir Çavuşoğlu, "Twitter" hesabında "KKTC Prezident seçkilərində qələbə qazanan Ersin Tatarı ürəkdən təbrik edirik. Kıbrıslı Türklərin rifahı, inkişafı və təhlükəsizliyi üçün birlikdə çalışacağıq. Şərqi Aralıq dənizində Şimali Kıbrıs Türk Cümhuriyyətinin qanuni hüquqlarını və maraqlarını qoruyacağıq" ifadəsini işlədib.
"Sabah": Yerli sualtı robotu 'Kaşif' vəzifəsinin icrasına başlayıb.
Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Türkiyənin təbii qaz kəşfiyyatı aparan “Fatih” gəmisinə ölkəmizin istehsalı olan sualtı robot - “Kaşif” ilə dəstək verilməsinə başlanıldığını bildirib. Nazir Fatih Dönmez “Twitter” hesabındakı paylaşımında bildirib.
“Dənizlərdəki yeni əlimiz və gözümüz” olaraq tanıtdığı “Kaşif” sualtı robotunun 3 min metr dərinlikdə çəkiliş apara bilən kamera ilə kəşfiyyat işlərinə video dəstəyi verəcəyini vurğulayan nazir robotun görüntülərini də paylaşıb.
"Star": Alman mətbuatı yerli avtomobil istehsalçılarını tərifləyib: Türkiyə özünün 'Tesla'sını 'istehsalını etdi
Almaniya mətbuatının ən etibarlı iqtisadi qəzeti olan "Handelsblatt"da yer alan xəbərdə Türkiyənin Avtomobil Təşəbbüs Qrupunun (TOGG) elektrikli avtomobil ekosistemi yaradaraq "Tesla"nı buraxdığını vurğulayaraq, ölkənin milli məhsullarına avtomobilin də əlavə olunacağı bildirilib. Xəbərdə TOGG tərəfindən istehsal ediləcək avtomobilin satış qiymətinin rəqabətə davamlı olacağı təqdirdə Alman avtomobil bazarı üçün də cəlbedici olacağı qeyd edilib.



Әlaqәli Xәbәrlәr