Türkiyə mətbuatı, 8 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1505087
Türkiyə mətbuatı, 8 oktyabr 2020

"Sabah": “Xəzinə və Maliyyə naziri Albayrak tərəfindən Qətər və Küveyt səfərləri ilə bağlı paylaşım”

Xəzinə və Maliyyə naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə reallaşan Qətər və Küveyt səfərləri ilə bağlı paylaşım edib. Albayrak paylaşımında: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Küveyt və Qətərə birgünlük səfər etdik. Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ölümü ilə bağlı başsağlığı verdik. Qətərlə regional əməkdaşlıq çərçivəsində birlik və həmrəyliyimizi gücləndirən görüş də keçirdik”-deyə bildirib.

"Vatan": Nazir Dönməz: "Türkiyə iqtisadiyyatı bu dövrü ən az ziyanla başa vuran ölkələrdən olacaq”

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz Türkiyənin pandemiya dövrünü ən yaxşı idarə edən ölkələrdən biri olduğunu bildirərək, “Epidemiyaya baxmayaraq, investisiyalarımızı dayandırmadıq. İstehsalçılarımız ləngisə də, dayanmadı. Yavaş-yavaş da olsa yolumuza qətiyyətlə davam edirik. Ölkə iqtisadiyyatının son vaxtlar atılan addımlarla bu dövrü ən az ziyanla başa vuran ölkələrdən biri olacağına ümid edirik” deyib.

"Yenişafak": Rum mediasının Maraş şəhərinin açıqlaması ilə bağlı açıqlaması: Açılmasının qarşısını ala bilmədik

Şimali  Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin “Kabus şəhər” kimi də tanınan Maraşın açılması ilə bağlı qərarı Rum mediasında da geniş yer alıb. Rum mediası Cənubi Kıbrıs Rum icmasının başçısı Nikos Anastasiadisin Maraşın açılmasının qarşısını almaq üçün sıx diplomatik əlaqələr qurduğunu, lakin Almaniya kansleri Angela Merkel, İngilislər və Amerikalıların səylərinin Ankara üzərində uğurlu olmadığını yazıb.

"Star": Rusiyadan “viza” ilə bağlı qərar: Siyahıda Türkiyə də var

Rusiya, ölkəyə girişlə bağlı elektron viza sisteminin tətbiq ediləcəyini bildirib. Aralarında Türkiyənin də olduğu 52 ölkə vətəndaşı 2021-ci ildən etibarən Rusiyaya elektron viza ilə daxil ola biləcək.

"Hürriyet": Dünyanın ən nümunəvi məhəllələrinin siyahısı açıqlanıb

İngilis mənşəli səyahət jurnalı “Time Out” dünyanın ən nümunəvi ərazilərinin siyahısını açıqlayıb. Siyahıda, məhəllə mədəniyyətinin və qonşuluq münasibətlərinin sıx birləşdiyi ərazilər üstünlük təşkil edib. 40 ərazinin əks olunduğu siyahıda Türkiyə İstanbuldakı Arnavutköylə yer alıb.



Әlaqәli Xәbәrlәr