Türkiyә mәtbuatı:2 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1501391
Türkiyә mәtbuatı:2 oktyabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yeni Şafak’’:R.T.Әrdoğan: ‘‘Davamlı sülhün yolu ermәnilәrin işğal etdiklәri Azәrbaycan torpağından geri çәkilmәlәrindәn keçir’’

"Türkiyə bir daha Azərbaycana öz dəstəyini ifadə edir. Bu regionda davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib.

“Ermənistan hakimiyyətini hər şeyi bir kənara qoyub, israrla Türkiyəyə böhtan atmaq cəhdləri də xilas etməyəcək. Bu dövlətə dəstək verənləri bəşəriyyatın  vicdanı qarşısında hesab verəcəkləri barədə xəbərdarlıq edirәm. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun!”, - deyə Rәcәb Tayyib  Ərdoğan vurğulayıb.

 

‘‘Hürriyet’’: Türkiyә Böyük Millәt Mәclisinә dәvәt edilәn yeganә ad

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop Azәrbaycanın Türkiyәdәki sәfiri Xәzәr İbrahimi yeni qanunvericilik ilinin açılış iclsına dәvәt edib. Xәzәr İbrahim açılış iclasına dәvәt edilәn vә qatılan yeganә sәfir olub. Digәr ölkәlәrin sәfirlәri koronavirus epidemiyası sәbәbindәn yeni qanunvericilik ilinin açılış iclasına dәvәt edilmәyiblәr.

 

‘‘Vatan’’:  İtaliya Türkiyә ilә bağlı bәyanat verib: ‘‘Türkiyә әvәzolunmaz bir müttәfiqdir’’

İtaliyanın xarici işlәr naziri Luici Di Maio bildirib ki,  Türkiyә Şәrqi Aralıq dәnizi vә bölgәsindә sabitlik üçün әvәzolunmaz  müttәfiqdir vә NATO-ya üzv әhәmiyyәtli aktyordur. Bu unudulmamalıdır.

 

‘‘Star’’: Nazir Dönmәz: ‘‘Dәnizlәrimizdә ‘‘Qanuni’’ dövrü başlayır’’

Türkiyәnin enerji vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz ‘‘Qanuni’’ axtarış-kәşfiyyat gәmisi ilә bağlı paylaşım edib. Fatih Dönmәz deyib: ‘‘Dәnizlәrimizdә ‘‘Qanuni’’ dörü başlayır. ‘‘Qanuni’’ gәmisi oktyabrın 10-da Taşucu limanından hәrәkәt edәcәk.

 

‘‘Sabah’’: Moskva-İstanbul arasında tarifli reyslәr  başlayıb

Rusiyanın ‘‘Nordwind Airlines’’ aviaşirkәti Moskva-İstanbul arasında tarifli reyslәr  hәyata keçirmәyә başladı. İGA-nın rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn bәyanatda  ‘‘Nordwind Airlines’’ aviaşirkәtinin ‘‘Boeing 737-800’’ tipli tәyyarәlәrlә İstanbul Hava Limanına hәr gün uçacağı bildirilib.



Әlaqәli Xәbәrlәr