Türkiyə mətbuatı, 25 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1497063
Türkiyə mətbuatı, 25 sentyabr 2020

"Vatan": Milli Təhlükəsizlik Şurası yığıncağından Şərqi Aralıq dənizi mesajı
Dünən Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) yığıncağından sonra yayılan bəyanatda Şərqi Aralıq dənizində baş verənlərlə əlaqəli “Türk millətinin bu günə qədər olduğu kimi,  bundan sonra da quruda, dənizdə və havada hüquq və mənafelərinin qorunması məsələsində güzəştə getməyəcəyi bir daha dilə gətirilmişdir" ifadəsi yer alıb. 
"Star": Türkiyə Silahlı Qüvvələri koronavirusla mübarizədəki müvəffəqiyyəti ilə dünyanın ən yaxşı ordularını geridə buraxdı
Yeni növ koronavirus xəstə sayının personal mövcudu ilə müqayisədə ən az xəstənin olduğu Türkiyə Silahlı Qüvvələri (TSQ) bu qələbəsilə ABŞ, Rusiya, Fransa, İtaliya və İngiltərə kimi əhəmiyyətli orduları geridə qoyub.
"Hürriyet": Nazir Albayrak: "Cari ili gözləntilərin üzərində başa vuracağıq"
Xəzinə və Maliyyə naziri Berat Albayrak "Twitter" hesabından Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı tərəfindən açıqlanan sentyabr ayı tutum istifadə nisbətini qiymətləndirilb. Albayrak "İlin üçüncü rübü üçün son məlumatlar müsbət gəlməyə davam edir. Tutum istifadə nisbəti sentyabr ayında 1,3 bal artaraq  74,6-ya çıxıb. Ümid edirəm ki, bu tendensiya son rübdə də davam edəcək və ili gözləntilərin üzərində başa vuracağıq" ifadəsini işlədib.
"Haber Türk": Qaziantepdə "TEKNOFEST" coşğusu
Sənaye və Texnologiya Nazirliyi tərəfindən Türkiyənin Texnologiyaların Tanıtılması Vəqfi (T3 Vəqfi) Kosmik və Texnologiya Festivalının rəhbərliyi ilə təşkil edilən 'TEKNOFEST-2020" Qaziantepdə başladı. Festivalın açılış mərasimində iştirak edən Sənaye və Texnologiya naziri Mustafa Varank bu il üçüncü dəfə təşkil edilən festivalda 100 mindən çox müraciət olduğunu söyləyib.
"Sabah": Türkiyədən əhəmiyyətli bir həmlə! 30 noyabrda kosmosa göndəriləcək
Peyk sahibi 30 ölkədən biri olan Türkiyənin beşinci nəsil rabitə peyki "Türksat 5A" 30 noyabrda kosmosa göndəriləcək. Türkiyə yeni peyklərin fırladılması ilə yaranacaq donanması ilə Asiyada Türk Cümhuriyyətləri daxil Çinə qədər uzanan bölgəyə Afrika və Avropanı əhatə edən bir coğrafiyaya xidmət göstərəcək.



Әlaqәli Xәbәrlәr