Türkiyә mәtbuatı: 16 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1491520
Türkiyә mәtbuatı: 16 sentyabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yeni Şafak’’: Türkiyә yeni NAVTEX elan etdi

Türkiyә elan etdiyi yeni NAVTEX-dә 1923-cü ildә әldә olunan Lozanna müqavilәsi çәrçivәsindә Sakız  adasının (Xios) qeyri-hәrbi statusunun pozulduğunu bildirib.Yunanıstan adaların qeyri-hәrbi statuslarına baxmayaraq bu adalara silah daşıyaraq Türkiyәnin tәhlükәziliyinә tәhdid yaradır. Türkiyә adalara  silah daşımamaları ilә әlaqәdar rәsmi Afinanaya çağırışlar etdi. Türkiyә hәmçinin bir Navtex dә elan edәrәk Aralıq dәnizindә  seysmik araşdırmalar aparan ‘‘Yavuz’’ kәşfiyyat-axtarış gәmisinin oktyabrın 12-dәk  fәaliyyәtlәrini davam etdirәcәyini açıqladı.

‘‘Star’’: Çavuşoğlu: ‘‘Yunanıstan Avropa İttifaqının dәstәyinә etibar etmәsin’’

Xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyәnin Yunanıstan ilә Şәrqi Aralıq dәnizi ilә bağlı mәsәlәlәri müzakirә etmәyә hazır olduğunu deyib. Çavuşoğlu bildirib ki, ümid edirik ki, Yunanıstan hökumәti bu mәsәlәyә müsbәt yanaşar. Yunanıstana Avropa İttifaqının dәstәyinә güvәnmәmәsi ilә әlaqәdar çağırış edirәm.

 ‘‘Vatan’’: Borrell: "Türkiye ile ziddiyyətə gedərək problemin həll olunmayacağı aydındır"

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Türkiye ile ziddiyyətə gedilməsinin Aİ ilə Türkiyə münasibətlərindəki problemləri həll etməyəcəyini, probləmlərin dialoq və danışıqlar yoluyla həll ediləcəyini söyləyib.
Borrell Avropa Parlamentində (AP) Şərqi Aralıq dənizi və Türkiyənin də daxil olduğu xarici əlaqələr mövzusundakı Baş Məclisdəki yığıncaqda millət vəkillərinə müraciət edib. Yay aylarında Şərqi Aralıq dənizindəki gərginliyi azaltmaq üçün səy göstərdiyini dilə gətirən Borrell daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb.
Borrell "Oruç Reis" gəmisinin Antalya limanına getməsini "doğru istiqamətdə atılmış addım" olaraq qiymətləndirərək, "Bu, bizə dialoq üçün daha çox addım atıla biləcəyini vəd edir. Bunu hərbi yolla deyil, dialoq və danışıqlar yolu ilə həll edəcəyik" deyib.
Borrell "Türkiyəyə müxalifət edərək problemlərə həll yolu tapıla bilməyəcəyi məlumdur. Bunu istəmirik. Türkiyə Aİ-nin əhəmiyyətli qonşusudur. Coğrafiyanı dəyişə bilməyəcəyimizə görə qonşu olmağa davam edəcəyik. Türkiyə eyni zamanda miqrasiya da daxil olmaqla bir çox mövzuda əhəmiyyətli bir tərəfdaşdır. Məsələn, miqrasiya axınlarının Türkiyənin köməyi olmadan həll edilə bilməsinin çətin olduğunu bilirik. Türkiyə eyni zamanda Aİ-yə namizəd ölkədir" deyib.

‘‘Hürriyet’’: ‘‘Türkiyә 2021-ci ildә әn çox inkişaf edәn ölkәlәr sırsında olacaq’’

Türkiyәnin ticarәt naziri Ruhsar Pekcan yeni növ koronavirus epidemiyasının qlobal iqtisadiyyata olan tәsirlәrinin davam etdiyi dövrdә Türkiyәnin bir çox ölkәdәn yaxşı vәziyyәtdә olduğunu bildirib. Pekcan  deyib: ‘‘Türkiyә 2021-ci ildә әn çox inkişaf edәn ölkәlәr sırsında olacaq’’.

‘‘Sabah’’: Sәnaye istehsalı 4,4 faiz artıb

Türkiyәnin sәnaye istehsalı 2020-ci ildә 4,4 faiz artıb. Bu sәbәblә Türkiyә bu sahәdә inkişaf edәn bir sıra ölkәlәr sırasındadır. Xatırladaq ki, sәnaye istehsalı iyul ayında 8,4 faiz artıb.



Әlaqәli Xәbәrlәr