Türkiyə mətbuatı, 19 avqust 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1475346
Türkiyə mətbuatı, 19 avqust 2020

"Haber Türk": Ömer Çelik Baydenin sözlərinə reaksiya verdi
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik, dünən partiyasının Mərkəzi Qərar heyəti (MKYK) gündəliyilə bağlı açıqlamalar verdi. ABŞ prezidentliyə namizəd Co Baydenin sözləri ilə bağlı açıqlamalar verən Çelik "Baydenin sözləri tamamilə çevriliş siyasətidir. Heç kim demokratiyamızı zərbə vura, demokratiyamızı məhv edə, heç kim siyasi sistemimizə müdaxilə edə bilməz.
"Hürriyet": Albayrak: Türkiyə bütün dünyaya iqtisadi müstəqilliyini göstərir"
Xəzinə və Maliyyə naziri Berat Albayrak sosial şəbəkədəki paylaşmasında Türkiyənin bərpa olunan qaynaqları və istehsal etdiyi enerji ilə bütün dünyaya iqtisadi müstəqilliyini göstərdiyini bildirib.
"Sabah": Türkiyənin avtomobili TOGG Yaponiyada da təsdiqləndi

Türkiyənin avtomobili TOGG-un (Türkiyə Avtomobil Müəssisələri Qrupu) dizaynları 27 Avropa İttfaqı (Aİ) ölkəsi və Çindən sonra Yaponiyada da təsdiqləndi. 
TOGG-un "Twitter" hesabından edilən şərhdə "Yaponiya Patent İdarəsi (JPO) C-SUV və Sedan dizaynlarımızın Yaponiyada TOGG adı ilə təsqidləndiyini bəyan etdi" ifadələri işlədilib.
"Star": Türkiyənin orbitdəki gözü "RASAT" 9 ildir fəaliyətlərini davam etdirir
TÜBİTAK-ın Kosmik Texnologiyalar Tədqiqat İnstitutu tərəfindən hazırlanan və istehsal edilən Türkiyənin ilk yerli müşahidə peyki "RASAT" artıq 9 ildir orbitdədir. İnstitutun açıqlamasına görə, "RASAT" tərəfindən çəkilən şəkillər kartoqrafiya, fəlakət monitorinqi, kənd təsərrüfatı, ətraf mühit, şəhərsalma və planlaşdırma işlərində istifadə olunur.
"Vatan": "Lyon" "Altay"dan Cenk Özkaçarı transfer etdi
Fransanın Liqa komandalarından biri olan "Olympique Lyon" Altaydan Cenk Özkaçarı transfer etdi. "Olympique Lyon" verdiyi məlumatda 19 yaşlı stoper ilə 5 illik müqavilə bağlandığını bildirildi.



Әlaqәli Xәbәrlәr