Türkiyә mәtbuatı: 25 iyun 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1442809
Türkiyә mәtbuatı: 25 iyun 2020

 

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yenişafak’’: Paraqvayın birinci xanımı Әminә Әrdoğandan kömәk istәdi

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә Paraqvaya tibbi lәvazimat göndәrib. Paraqvay Sәhiyyә Nazirliyi tәrәfindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Paraqvayın birinci xanımı Silvana Abdo Sәhiyyә Nazirliyi tәrәfindәn  müәyyәn edilәn ehtiyaclar çәrçivәsindә Türkiyәnin birinci xanımı Әminә Әrdoğandan  kömәk istәyib. Türkiyә bu çәrçivәdә ölkәyә  tibbi lәvazimat göndәrib’’.

 

‘‘Hürriyet’’: Çavuşoğlu İsrailә  çağırış edib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Birlәşmiş Millәtlәr Tәşkilatının Tәhlükәsizlik Şurasının İsrail-Fәlәstin problemini vә İsrailin işğal altındakı İordan çayının qәrb sahilini ilhaq etmәk planını müzakirә etdiyi iclasa göndәrdiyi yazılı bәyanatda deyilir: ‘‘İsrail hökumәtinә bir daha qeyri-qanuni yaşayış mәntәqәlәri vә qeyri-qanuni ilhaqla bağlı planlarını dәrhal dayandırması ilә әlaqәdar çağırış edirik’’.

 

‘‘Vatan’’: Avropa ittifaqı Türkiyә ilә bağlı açıqlama verib

Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel bildirib ki, Türkiyә ilә münasibәtlәri güclәndirmәk Yunanıstan vә Avropa İttifaqının faydasına olacaq.

 

‘‘Star’’: Berat Albayrak Türk lirәsi ilә bağlı bәyanat verib

Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak ‘‘Birja Istanbul bu ilin әvvәlindәn etibarәn yüksәlmәyә davam edir. Türk lirәsinә inanan vә Türk aktivlәri ilә şirkәtlәrinin inkişafına inanan hәr kәs udacaq’’.

 

‘‘Sabah’’: Çinlilәr Türkiyә avtomobilinә böyük maraq göstәrib

Çinin Patent Qurumu Türkiyәnin Avtomobil Qrupunun avtomobillәrinә böyük maraq göstәrib. Bu barәdә Türkiyәnin Avtomobil Qrupunun rәsmi ‘‘Twitter sәhifәsindә verdiyi açıqlamada bildirilib.

 

 

 



Әlaqәli Xәbәrlәr