Türkiyə mətbuatı, 12 may 2020

“Sabah”, “Haber Türk”, “Star”, “Vatan” və “Hürriyet” bu gün nələrdən yazır?

1415438
Türkiyə mətbuatı, 12 may 2020

 

“Sabah”: Türkiyə sürətlə normal həyata dönür

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni tip korona virusundan (Covid-19) ölüm və yoluxma sayının get-gedə düşdüyünü bildrərək deyib: “Reanimasiyada olan və tənəffüs cihazlarına bağlı xəstələrimiz getdikcə azalır, sağalan xəstələr isə artır.

“Haber Türk”: TÜBİTAK-dan dərman və peyvəndlərlə bağlı müjdə

  Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı – TÜBİTAK-ın sədri professor Həsən Mandal korona virusunun müalicəsi üçün dərman və vaksinlərlə əlaqədar 17 layihənin hazır olduğunu söyləyib: “İnşaallah, tibbdə əhəmiyyətli bir mərhələyə - dərmanı təqdim etməyə keçəcəyik. Bəlkə daha erkən də ola bilər. İyun ayında vacib bir xəbəri ictimaiyyətlə bölüşəcəyik."

“Star”: Korona virusu dünyanı Türkiyənin lehinə dəyişdirəcək

  Qətərin “Al Jazeera” televiziyasının əvvəlki baş direktoru və Şərq Forumunun sədri Vaddah Hanfer yeni tip korona virusunun (Covid-19) dünyada güc tarazlıqlarını dəyişdirəcəyini, Türkiyənin də regional olaraq bundan istifadə edəcəyini bildirib: “Türkiyə hərbi baxımdan güclənir, yüksək texnologiyaya çatır və iqtisadi imkanlarını daha da inkişaf etdirir”.

“Vatan”: Dezinfeksiyaedicilərin ixracatı 10 qat artdı

  2019-cu ilin yanvar-aprel aylarında 8,6 milyon dollarlıq dezinfeksiyaedici ixracatı bu ilin eyni dövrülə müqayisədə 90 milyon dollara yüksəlib. Bu dövrdə dezinfeksiyaedici maddələr ən çox Qıbrız - Şimali Kipr Türk Cümhuriyyəti, İraq və İrana ixrac edilib.

“Hürriyet”: "The Economist” yazdı: Türkiyə tarazlıqları dəyişdi

  İngiltərə mərkəzli “The Economist” qəzeti Birləşmiş Millətlər Təşkilatının (BMT) da qəbul etdiyi Liviya Milli Koalisiya Hökumətinin (UMH) Trablusun qərb və cənub-şərqində başladığı əməliyyatların Türkiyənin dəstəyilə uğurlu olduğunu yazıb: “Bu əməliyyatlar nəticəsində qiyamçı Xəlifə Hafter gücünü itirdi… Türkiyənin silahlı və silahsız PUA-ları (pilotsuz uçuş aparatları) bölgədəki tarazlıqları dəyişdirdi".



Әlaqәli Xәbәrlәr