Türkiyə mətbuatı, 7 aprel 2020

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1392882
Türkiyə mətbuatı, 7 aprel 2020

"Habertürk": Atatürk Hava limanı və Sancaktepedə 2 epidemiya xəstəxanası

Prezident Rəcəb Tayyib Ərdoğan kabinet yığıncağından sonra keçirdiyi mətbuat konfransında İstanbulda 2 epidemiya xəstəxanasının inşa ediləcəyini bildirib. “Hazırda plan layihə işləri davam edən 1000 xəstəxanalıq Yeşilköy Atatürk Havalimanı ərazisinin eynisini, lakin 1 mərtəbəli olmaq şərtilə Sancaktepedə xəstəxana inşa edirik. 45 gün müddətində işləri yekunlaşdırıb xalqın xidmətinə təhvil verəcəyik”-deyə prezident əlavə edib.

"Sabah": Prezident Ərdoğana məktub yazıb, virusla mübarizədə dəstək istədilər

Serbiyanın bosniyalı əhalinin üstünlük təşkil etdiyi Sancak bölgəsində fəaliyyət göstərən Bosniya Milli Şurası yeni növ koronavirus epidemiyası ilə mübarizədə Türkiyədən yardım tələb edib. Digər tərəfdən, Şimali Makedoniya Xarici İşlər naziri Nikola Dimitrov epidemiya ilə mübarizə çərçivəsində Türkiyədən yardım istədiklərini bildirib.

"Hürriyet": Koronavirusa qarşı Çindən sonra dünyada ilk plazma müalicəsi Malatyada həyata keçirildi

Yeni növ koronavirusa qarşı plazma müalicəsi Çindən sonra dünyada ilk dəfə Malatya İnönü Universiteti Turgut Özal Tibb Mərkəzində reallaşıb. Virusa qarşı mübarizədə 80 faiz müsbət nəticə verən müalicə məqsədilə koronavirusdan sağalaraq evə buraxılan şəxslərdən, müalicəsi davam edən xəstələrə plazma köçürülməsi xahiş olunur.

"Yenişafak": Fitch Ratingsdən Türkiyə üçün şad xəbər: Böyümə davam edəcək 

Koronavirus səbəbindən dünya iqtisadiyyatının ciddi şəkildə ziyan gördüyü bir vaxtda Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings"dən Türkiyə üçün sevindirici açıqlama gəlib. Agentliyin direktoru Douglas Winslow bildirib ki, Türkiyədə bu ilin üçüncü rübündən etibarən böyümənin artacağı, 2021-ci ildə isə 4,5 faizə çatacağı gözlənilir.

"Star": ABŞ, İtaliya və İspaniyanın Türkiyə meyvə və tərəvəzlərinə olan tələbatı artıb 

ABŞ, İtaliya və İspaniya mart ayında koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayına görə diqqət çəkirdisə, hazırda hər 3 ölkə Türkiyənin meyvə və tərəvəzinə artan tələbatı ilə gündəmdədir.



Әlaqәli Xәbәrlәr