Türkiyə mətbuatı, 19 mart 2020

“Hürriyet”, “Haber Türk”, “Yeni Şafak”, “Vatan” və “Star” bu gün nələrdən yazır?

1380991
Türkiyə mətbuatı, 19 mart 2020

 

“Hürriyet”: Ərdoğan “2 aylıq müqavimət müddətini ən yaxşı şəkildə sovuşduracağıq" deyə bildirdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xüsusilə son 17 ildə ölkənin təməl xidmət sahələri və infrastrukturunda reallaşdırdıqları böyük çevriliş sayəsində dünyanı təsiri altına alan korona virusu ilə hazırlıqlı şəkildə mübarizə aparıldığını söyləyərək “Bu çətin müddəti sovuşduracağımıza bütün qəlbimlə inanıram” dedi.

“Haber Türk”: Türkiyə bu müddətdən üstünlüklə çıxacaq

  Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak korona virusuna qarşı 100 milyard liralıq maliyyə dəstək paketini tətbiq edəcəklərini bu sözlərlə bildirib: “Atılacaq bu addımla məşğulluq qorunacaq, real sektor və biznesmen dəstəklənəcək. Ehtiyac olduğu halda yeni paketlər dövrəyə girəcək. İnşallah, bu müddəti doğru idarə edib iqtisadi baxımdan ən üstün çıxan ölkələr arasında olarıq.”

“Yeni Şafak”: 26 ölkə Türkiyədən korona virusuna qarşı kömək istədi

  Korona virusu epidemiyasının qarşısını almaqda uğur tərifi qazanan Türkiyəyə bir çox ölkədən kömək və dəstək istəyi gəlir. Bu vaxta qədər bir sıra Avropa ölkəsi başda olmaqla Çin, İran, Bolqarıstan və Gürcüstanın da aralarında olduğu 26 ölkədən tibbi cihaz və mütəxəssis dəstəyi istənilib.

“Vatan”: Dünya Səhiyyə Təşkilatından sevindirici xəbər

  Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebrehem (Ghebreyesus) yeni tip korona virusuna qarşı peyvəndin ilk testlərinə başlanıldığını bildirib. Cenevrədə təşkil edilən mətbuat konfransında çıxışında Qebrehem deyib: “Xəyala gəlməyən bir müvəffəqiyyətə imza atılaraq virusun yaranmasından yalnız 2 ay sonra “Covid-19”a qarşı peyvəndin ilk testlərinə başlanıldı”.

“Star”: İki ölkəylə sərhəd qapıları yolçu giriş-çıxışlarına bağlanıldı

  Türkiyə Ədirnə və Kırklarelindən Yunanıstan və Bolqarıstana quru və dəmir yollarını giriş-çıxışlara bağladı. Yunanıstan nəqliyyat yolundan, adalarından Türkiyəyə yolçu daşıma səfərləri də qarşılıqlı olaraq müvəqqəti dayandırıldı.



Әlaqәli Xәbәrlәr