Türkiyə mətbuatı,12 mart 2020

Türkiyə mətbuatında gündəmə dair əks edən mövzuların xülasəsini təqdim edirik.

1376744
Türkiyə mətbuatı,12 mart 2020

 

“Star”: Prezident Ərdoğandan Türkiyədə aşkarlanan ilk koronavirus hadisəsi ilə əlaqədar açıqlama.

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Ədalət və İnkişaf Partiyasının qrup iclasında Türkiyədə ilk yeni növ koronavirus (Kovid-19) hadisəsinin aşkarlandığına dair xəbərləri təsdiqlədi. Virusun Avropadan gələn bir vətəndaşda aşkarlandığını ifadə edən Ərdoğan, müalicəsi davam edən şəxsin vəziyyətinin yaxşı olduğunu, ailə fərdlərin də müşahidə altına alındığını qeyd edib.

“Hürriyet”: Müvəqqəti atəşkəsin daimi olması üçün lazımlı danışıqlar davam edir.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Suriyanın İdlib bölgəsindəki mövcud vəziyyətə və müvəqqəti atəşkəsə münasibət bildirib. O qeyd edib ki, bölgədə atəşkəsin daimi olması üçün lazımlı işlər sürətlə aparılır.

“Xəbər Türk”: Akar İdlibdəki atəşkəsə münasibət bildirib.

Milli Müdafiə Naziri Hulusi Akar açıqlamasında Rusiya ilə əldə edilən razılıq çərçivəsində bölgədə bərpa edilən müvəqqəti atəşkəsin daimi olmasını arzuladıqlarını bildirib və davam edən danışıqların müsbət nəticələnməsi üçün Türkiyənin öhdəliklərinə əməl etdiyini, Rusiyanın da vədlərini yerinə yetirməsini gözlədiklərini vurğulayıb.

“Sabah”: “Prezident yanında İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Altun koronarvirus haqqında danışıb.

Fəxrəddin Altunun sözlərinə görə yeni tip koronavirüs (Kovid-19) epidemiyası təhlükəsindən xilas olmaq üçün alim və araşdırmaçılarımızın fəaliyyətləri aramsız davam edir. Altun həmçinin qeyd edib ki, dünyanı təhdid edən virusdan xilas olmanın yeganə yolu beynəlxalq ictimaiyyətin güclü əməkdaşlığından asılıdır.

“Yeni Şafak”: Türkiyənin ilk yerli və milli peyki Türksat 6A ilə əlaqəli yeni mərhələyə keçilir.

Türk Aviasiya və Kosmik Sənaye şirkətinin Baş direktorunun müavini Səlman Nas, Türkiyənin ilk yerli və milli peyki Türksat 6A-nın mühəndislik modeli ilə bağlı istehsal və inteqrasiya fəaliyyətlərinin qısa müddətdə tamamlanacağını və uçuş modeli inteqrasiya fəaliyyətlərinə keçiləcəyini bildirib.

 



Әlaqәli Xәbәrlәr