Türkiyə mətbuatı, 6 mart 2020

“Yeni Şafak", “Star”, “Sabah”, “Haber Türk" və “Hürriyet” bu gün nələrdən yazır?

1373085
Türkiyə mətbuatı, 6 mart 2020

 

“Yeni Şafak": Atəşkəs

  Suriyada hökumət və Rusiya qırğınları, yeni köç dalğası və Türkiyənin "Bahar qalxanı" hərəkatıyla bağlı bütün dünyanın yaxından izlədiyi İdlib böhranı martın 5-də paytaxt Moskvada müzakirə edildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin 6 saat davam edən görüşündən sonra "Atəşkəs qərarı” verildi. Atəşkəs həmin gün gecə saat 12-dən qüvvəyə mindi.

“Star”: Türkiyə insan fəlakəti yaşanmasını izləyə bilməz

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altun Suriya qaçqınlarıyla əlaqədar “twitter”dən etdiyi şərhdə bildirib: “Biz nə razılaşmalarımızdan geri dönəcəyik, nə də bu alçaq rejimin milyonlarla vətəndaşı öldürməsi və sərhədlərimizə doğru sürülməsinə icazə verəcəyik. Rejim bölgədə hədsiz xaos və dağıntıya səbəb olub. Türkiyə heç bir şey etmədən gözlərinin qarşısında insan fəlakət yaşanmasını izləyə bilməz.”

“Sabah”: Türkiyədən Çinə ixracat 500 faiz artdı

  Yeni tip korona virusu (Covid-19) epidemiyasının ortaya çıxdığı Çinə Türkiyədən təkistifadəlik tibbi maska və hazır geyim ixracatı rekord səviyyəyə qalxıb: satış fevral ayında təxminən 500 faiz artaraq 30 milyon 500 min dollara çıxıb.

“Haber Türk": Hər gün 10 türk dollar milyoneri olacaq

  İngiltərə mərkəzli məsləhət firması “Knight Frank”ın hesabatına görə, 2019-cu ildən etibarən Türkiyədə 1 milyon dollar və üzərində sərvəti olan adam sayı 164 min 938-ə yüksəlib. Hesabatda bu ədədin 2024-cü ildə 183 min 162-ə çatacağı düşünülür ki, bu da 5 il boyu gündə orta hesabla 10 türkün dollar milyoneri olması deməkdir.

“Hürriyet”: Avropanın ən gözəl 30 çimərliyi siyahısına Türkiyə də girdi

  İngiltərədə “The Guardian” qəzetinin səyahət yazarları Avropanın ən gözəl 30 çimərliyini seçib. Bu siyahıda Türkiyədən 5 çimərlik vardır.



Әlaqәli Xәbәrlәr