Türkiyə mətbuatı, 4 fevral 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1352654
Türkiyə mətbuatı, 4 fevral 2020

“Star”: İdlibdəki xain hücumdan sonra prezident Ərdoğan açıqlama verdi

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Ukraynaya səfərindən əvvəl verdiyi açıqlamada İdlibdə Türkiyə əsgərlərinin şəhid olduğu hücuma ən sərt şəkildə cavab verildiyini və verilməkdə də davam ediləcəyini söylədi. Ərdoğan “Ölkəmizin, millətimizin və idlibli qardaşlarımızın təhlükəsizliyi üçün həyata keçirdiyimiz əməliyyatlarımızı davam etdirməkdə qətiyyətliyik. Belə xain hücumlarla Türkiyənin qətiyyətli mövqeyini sınayanlar böyük səhv etdiklərini başa düşəcəklər” deyə bildirdi.

“Hürriyət”: Hulusi Akardan Suriya sərhədində mesaj

Milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin komandanları ilə birlikdə dünən Suriya sərhədinə getdi. Akar dünən İdlibdə edilən hücumla əlaqədar lazım gələnin yerinə yetirildiyindən heç kəsin şübhəsinin olmamasının vacibliyini vurğuladı.

“Sabah”: Çavuşoğlu: “Həqiqətdə bir satış sənədi olan bu planı İslam aləmi olaraq hər zaman rədd etdik”

Xarici işlər naziri Mövlut Çavuşoğlu dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının yığıncağında ABŞ-ın dırnaqarası sülh planına dair Təşkilatın mövqeyilə yanaşı Fələstin məsələnin də müzakirə olunduğunu bildirdi. Çavuşoğlu “twitter” hesabında “ İslam Əməkdaşlıq Təşkilatının yığıncağında iştirak etdik. Həqiqətdə bir satış sənədi olan bu planı İslam aləmi olaraq birlikdə rədd etdik” dedi.

“Vatan”: Ticarət naziri Pekcan: “Cümhuriyyət tarixinin ən yüksək nisbəti”

Ticarət naziri Ruhsar Pekcan yanvar ayında ixracın illik 6,10 faiz artaraq 14,8 milyard dollar olduğunu söylədi. Pekcan “Bu rəqəm Cümhuriyyət tarixinin yanvar ayına olan ən yüksək ixrac rəqəmidir” deyə bildirdi. Nazir Pekcan xarici ticarətlə bağlı nəticələrin Türkiyə iqtisadiyyatındakı canlanmasının güclənərək davam etdiyini göstərdiyini ifadə etdi.

“Haber Türk”: Türkiyə keçən il 277 milyon cüt ayaqqabı ixrac etdi

Türkiyə keçən il 277 milyon cüt ayaqqabı ixrac etdi. Bu rəqəm 2018-də 249 milyon cüt olub. İxracatçıların bu satışlardan əldə etdikləri gəlir isə 891 milyon dollardan 932 milyon dollara çatıb. Keçən il ayaqqabı ixrac edilən ölkələrin başında Rusiya yer alıb. Bu ölkəyə 106 milyon dollarlıq ixracat reallaşdırılıb. Rusiyanı isə 70 milyon dollar ilə İraq və 59 milyon dollar ilə Almaniya 47 milyon dollarla Səudiyyə Ərəbistanı və İspaniya izləyib.

2019-cu ildə ayaqqabı ixracında ən çox artım geydən alınan ölkə isə 168% ilə Çin olub.



Әlaqәli Xәbәrlәr