Türkiyә mәtbuatı: 4 dekabr 2019

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1317180
Türkiyә mәtbuatı: 4 dekabr  2019

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 

‘‘Sabah’’: Ərdoğan  liderlərə ‘'Strateji ittifaqın güclü üzvü Türkiyədir’’  adlı kitab hәdiyә edib.

 

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan  NATO-nun liderlәr sәviyyәsindәki zirvә görüşünә qatılmaq üçün  İngiltәrәnin paytaxtı Londona sәfәr edib. Әrdoğan dörd ölkәnin iştirakı ilә keçirilәn Suriya ilә bağlı dörtәrәfli zirvә toplantısında Türkiyә Prezident Aparatının  Kommunikasiya İdarәsi tәrәfindәn hazırlanan vә dörd dilә tәrcümә edilәn   ‘'Strateji ittifaqın güclü üzvü Türkiyədir’’  adlı kitabı Almaniya kansleri Angela Merkel, İngiltәrә baş naziri Boris Conson, vә Fransa prezidenti Emmanuel Makrona  hәdiyә edib. Mәlumata görә, kitabda NATO üzvü olan Türkiyәnin alyansa verdiyi töhfәlәr vә üzәrinә düşәn öhdәliklәr haqqında әtraflı mәlumat verilib.

 

‘‘Vatan’’: Litva Türkiyә ilә bağlı açıqlama verib

Litvanın xarici işlәr naziri Linas Linas Linkevicius Amerika Birlәşmiş Ştatlarının separatçı terror tәşkilatı YPQ/PKK-nın da tәhdid olaraq görüldüyü  plana qarşı çıxış etmәsindәn sonra Türkiyәnin  dә NATO-nun Baltikyanı ölkәlәr haqqındakı müdafiә planını tәsdiqlәmәmәsi mәsәlәsindә Türkiyәyә etibar etdiklәrini vә mәsәlә ilә bağlı tәnzimlәmәlәrin davam etdiyini söylәyib.

 

‘‘Haber Türk’’: Qәtәr  Türkiyə iqtisadiyyatına 7 milyard dollar investisiya yatıracaq

Qәtәr maliyyә mәrkәzinin rәhbәri Yousuf Әl-Jaida  ölkәsinin Türkiyә iqtisadiyyatına investisiya yatırmağa davam edәcәyini açıqlayıb. O, bildirib ki, investisiyalar yalnız  bank sektoruna deyil, əmlak sektoruna da yatırılacaq. Yousuf Әl-Jaida  Qәtәrin Türkiyә iqtisadiyyatına daha 7 milyard dollar mәblәğindә investisiya yatıracağını deyib.

 

 ‘‘Yeni Şafak’’: İstanbul dünyanın ən mәşhur  meqapolislәrindәn biridir

İngiltәrәnin  ‘‘Euromonitor İnternational’’ araşdırma tәşkilatı  dünyanın ən məşhur meqapolislәrinin  siyahısını açıqlayıb. Siyahıda Türkiyәnin İstanbul şәhәri dә var. Açıqlamada  İstanbulu ziyarәt edәnlәrin sayının 25,2 % artdığı vә şәhәrә tәxminәn 14 milyon 400 min xarici turistin gәldiyi bildirilib.

 

‘‘Star’’: Türkiyәdә halal mәhsullar sәrgisi keçirildi

28 noyabr - 1 dekabr tarixləri arasında İslam Əməkdaşlıq Təşkilatının tәşkilatçılığı ilә 7-ci Halal Mәhsullar  Sәgisi İstanbul Avrasiya Şou və Sənət Mərkəzində keçirilib. Halal Sərgisini  bu il təxminən 40 min adam ziyarәt edib. Sәrgidә  75-dən çox ölkənin  nümayəndə heyəti iştirak edib. 50 ölkə öz məhsullarını ziyarәtçilәrә tәqdim edib. Sәrgidә 10 ölkədən 270 aşpaz iştirak edib. Sәrgidә hәmçinin aşbazlara müxtәlif kateqoriyalar üzrә mükafatlar da verilib.



Әlaqәli Xәbәrlәr