Türkiyә mәtbuatı: 29 noyabr 2019

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1314533
Türkiyә mәtbuatı: 29 noyabr 2019

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yeni Şafak’’: Türkiyә ilә Liviya arasında iki müqavilә bağlanıb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Liviya Milli Hәmrәylik Hökumәtinin prezident şurasının sәdri Fayez Әl Sarrajı qәbul edib. Dolmabaxça sarayında baş tutan görüşdә iki əhəmiyyətli razılaşma imzalanıb. Bunlardan biri iki ölkə arasında dəniz hakimiyyəti sahələrinin məhdudlaşdırılmasına dair razılaşma memorandumu və ikincisi isə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma olub.

Şərqi Aralıq dənizi ilə əlaqəli razılaşmaya görə iki ölkə dəniz sahəsində bir-birlərinin iqtisadi zonalarını tanıyacaq.

Təhlükəsizlik və hərbi əməkdaşlıq razılaşması çərçivəsində Liviya təhlükəsizlik qüvvələrinin təliminə dəstək veriləcək.

 

‘‘Sabah’’: Çavuşoğlu deyib: ‘‘Makron terroru dәstәlәyәn şәxsdir’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bildirib ki,   Fransa prezidenti Emmanuel Makron Suriyanın şimalında terror dövlәtinin qurulmasını xәyal etsә dә, Türkiyә YPQ/PKK-ya qarşı hәyata keçirdiyi ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә buna icazә vermәdi. Türkiyәnin hәyata keçirdiyi әmәliyyatlara görә narahat olan Makronun açıqlamalarına reaksiya göstәrәn Mövlud Çavuşoğlu deyib: ‘‘Makronun açıqlamaları heç bir  әhәmiyyәt daşımır. O, terroru dәstәklәyәn şәxsdir’’.

 

‘‘Star’’: Berat Albayrak investorlara müraciәt edib

Türkiyәnin Xәzinә vә Maliyyә naziri Berat Albayrak Türkiyә iqtisadiyyatının 2019-cu ildә ciddi irәlilәyiş әldә etdiyini söylәyib. İnvestorlara  müraciәt edәn Berat Albayrak deyib: ‘‘Türkiyәnin tәqdim etdiyi fürsәtlәri әldәn qaçırmayın. Türkiyə sabit, güclü idarəetmə sistem quruluşu ilә  əmin addımlarla hədəfinə doğru irәlilәyir. Bu fürsәti әldәn qaçırmayın. Bu fürsәti qaçıranlar gәlәcәkdә kәdәrlәnәcәklәr’’.

 

‘‘Haber Türk’’: Mark Mobius investorlara әhәmiyyәtli tövsiyәlәr verib

Boğaziçi zirvә görüşünә qatılmaq  üçün İstanbula sәfәr edәn mәşhur investor Mark Mobius investorlara әhәmiyyәtli tövsiyyәlәr verib. O, investorlara Türk lirәsi almağı tövsiyə edib. Mobius deyib: ‘‘Türk lirәsi ilә daha çox qazanc әldә etmәk imkanına malik olarsınız. Türk Hava Yollarının müvәffәqiyyәti Türklәrin nәlәr edә bilәcәyinin göstәricisidir’’.

 

‘‘Hürriyet’’: FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Mәlumata görә, Türkiyә yığması siyahıda irәlilәyib. Türkiyәnin A milli futbol komandası siyahının 29-cu pillәsindә qәrarlaşıb. Mәlumata görә, 2020 Avropa Çempionatının seçmә mәrhәlәsinin H qrupunda İslandiya vә Andora ilә qarşılaşan Türkiyәnin A Milli Futbol komandasının aktivindә 1494 xal var.



Әlaqәli Xәbәrlәr