Türkiyә mәtbuatı: 4 noyabr 2019

Türkiyә mәtbuatında bu gün  dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

1299595
Türkiyә mәtbuatı: 4 noyabr 2019

 

Türkiyә mәtbuatında bu gün  dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

 ‘‘Vatan’’: Türkiyә prezidenti Şanlıurfada yerlәşәn Birgә Hәrәkat Mәrkәzindә olub

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilә sәrhәddә yerlәşәn Şanlıurfa şәhәrinә sәfәr edib. Şanlıurfadakı Birgә Hәrәkat Mәrkәzindә olan Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğana ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı  ilә bağlı mәlumat verilib.

Rәcәb Tayyib Әrdoğanı sәfәri çәrçivәsindә Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi, ordu generalı Yaşar Gülәr, Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündar, Hәrbi Hava Qüvvәlәrinin komandanı, ordu generalı Hәsәn Küçük Akyüz, Hәrbi Dәniz Qüvvәlәri komandanı, admiral Adnan Özbal vә Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun müşayiәt ediblәr.

 

‘‘Yeni Şafak’’: Oktyabr ayında YPQ/PKK-ya ağır zәrbәlәr endirilib

Oktyabr ayında әmin-amanlıq, tәhlükәsizlik vә sülh mühitini pozan terror tәşkilatı YPQ/PKK-ya qarşı keçirilәn әmәliyyatlar nәticәsindә 1090 terrorçu zәrәrsizlәşdirilib. Zәrәsizlәşdirilәn terrorçular arasında Türkiyә Daxili İşlәr Nazirliyinin axtarış siyahısında ‘‘qırmızı’’ kateqoriyada olan iki terrorçu da var. Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə  oktyabr ayının 9-da başlanılan ‘‘Şülh çeşmәsi’’ әmәliyyatı zamanı  terror tәşkilatına ağır zәrbәlәr endirilib.

 

‘‘Haber Türk’’: Türkiyә Amerika Birlәşmiş Ştatları vә Fransanı qınadı

Türkiyәnin Milli Müdafiә Nazirliyi qondarma ‘‘ermәni soyqırımı’’nı  tanıyan qәtnamә qәbul edәn ABŞ Nümayәndәlәr Palatası ilә separatçı terror tәşkilatı PKK/YPQ-ni müttәfiq olaraq qәbul edәn Fransa Milli Mәclisini qınayıb.

Nazirlikdәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Tarixi hәqiqәtlәrә baxmayaraq qondarma ‘‘ermәni soyqırımı’’nı tanıyan qәtnamә qәbul edәn Amerika Birlәşmiş Ştatlarının  Nümayәndәlәr Palatası vә separatçı terror tәşkilatı PKK/YPQ-ni müttәfiq olaraq qәbul edәn Fransa Milli Mәclisini qınayırıq vә qәrarlarını yenidәn nәzәrdәn keçirәcәklәrinә ümidvarıq’’.

 

‘‘Star’’: Rәcәb Tayyib Әrdoğanın çağırışı ilә hәrәkәtә keçdilәr

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın alimlәrә etdiyi ‘‘Sizi ölkәmizdә elm vә texnologiya sahәsindә  hәyata keçirәcәyimiz yeni layihәdә iştirak etmәyә dәvәt edirәm’’ çağırışına dünyanın dörd qüşәsindә fәaliyyәt göstәrәn 14 min Türk hәkimindәn cavab gәldi. Bir çox beynəlxalq mükafatlara layiq görülən alimlәr  Ankara Şəhər Xəstəxanasının  Beynəlxalq WEB Portalında bir araya gəldi. Mәlumata görә, 14 min alim  Türkiyə üçün dərman istehsal edəcək, tibbi cihaz inkişaf etdirəcək vә  tarixi əməliyyatlar edəcək.

 

Hürriyet: ‘‘Çindәn Avropaya gedәcәk ilk yük qatarı noyabrın 6-da Ankarada olacaq’’

Çindәn Türkiyә üzәrindәn Avropaya gedәn ‘‘China Railway Express’’ adlı  ilk yük qatarı noyabrın 6-da Ankarada olacaq. Bu çәrçivәdә qarşılama  mәrasiminin keçirilәcәyi bildirilir. Mәrasimә Nәqliyyat vә İnfrastruktur naziri Cahit Turhan da qatılacaq. Mәrasimin tarixi Ankara Vağzalında keçirilәcәyi bildirilir.



Әlaqәli Xәbәrlәr